!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Hüceyrələrin bərpasında mühüm KƏŞF: İpəkdən istifadə edildi - ARAŞDIRMA

!Reklam – Yazi

Neyronları bərpa etmək üçün ipəkdən istifadə edilib.

Yenicag.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Oksford Universitetinin alimləri araşdırma aparıb.

Tədqiqat zamanı araşdırmaçılar iki müxtəlif növ ipəkdən sinir kanalları düzəldiblər: borular üçün ipəkqurdu ipəyi istifadə olunub, içərisi isə hörümçək ipəyindən ibarət olub.

İpək qurdunun ipəyindən hazırlanmış borular normal qida mübadiləsi və tullantıların çıxarılması üçün məsaməli divara malikdir. Boruların molekulyar quruluşu da nəzərə alınıb ki, bu da onların möhkəmliyini təmin edir: əyilmə və qırılmanın qarşısını alır.

Beləliklə, bu kanalların tətbiqi heyvan üzərində sınaqdan keçirilib. Bütün təcrübələr uğurlu olub və zədələnmiş sinirlər yeni ipək kanallarında kök salaraq, sinir ucları bərpa olunana qədər uzanaraq bərpa olub.

www.yenicag.az

310
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv