!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Hücum edən küçə itlərinə qarşı MÜBARİZƏ: “İnsanların heyvanlara qarşı aqressiyası...”

!Reklam – Yazi

“Aqressiya yalnız heyvanlardan insanlara qarşı deyil. Bu, çox incə məsələdir. Əsas problem insanların heyvanlara qarşı olan aqressiyasıdır”.

Bunu sahibsiz küçə itlərinə qarşı mübarizə, onların hücumuna məruz qalan zaman qorunmaq üçün ilk addımlardan danışan baytar həkim Adil Əsgərov Yenicag.az-a açıqlamasında deyib.

O, bildirib ki, sözügedən məsələnin həlli üçün dövlət və ictimai qurumların dəstəyi vacibdir:

“Çünki problem genişmiqyaslı iş tələb edir. Güllələməklə, zəhərləməklə məsələni həll etmək olmaz. İlk bunun insani həll yolu olmadığını dərk etmək lazımdır.

İnkişaf etmiş ölkələrin sahibsiz itlərlə mübarizə ilə bağlı praktikası mövcuddur. Çalışıb həmin praktikanı ölkəmizdə də tətbiq etmək lazımdır. Müəyyən məntəqələr yaradılmalı, itlər bir-bir toplanmalı, peyvəndlən olunmalı, qısırlaşdırılmalı, xüsusi birkalarla işarələnərək müəyyən ərazilərə yenidən buraxılmalıdır.

Əlavə olaraq, insanlarla maarifləndirmə işləri aparmaq lazımdır. Çünki aqressiya yalnız heyvanlardan insanlara qarşı deyil. Bu, çox incə məsələdir. Əsas problem insanların heyvanlara qarşı olan aqressiyasıdır. İş təcrübəmizə də əsaslanaraq heyvanların insanlar tərəfindən aqressiyaya, təzyiqə uğdarığının şahidi oluruq. Küçə heyvanlarında insanlara qarşı yaranan aqressiyanın səbəbi məhz budur – özünü müdafiə refleksi.

İt hücumuna məruz qalan şəxs onun hərəkətlərini analiz etməyi bacarmalıdır. Özünü sakitləşdirməli, qəti olaraq panikaya qapılıb qaçmamalıdır. İtdən-itə özünümüdafiə refleksi dəyişə bilir. Misal üçün, elə it var ki, sadəcə özünü hücum edəcəkmiş kimi göstərir, hürür. Lakin özü də qorxur. Bunu isə itin quyruğunu yellətməsindən müşahidə etmək olar. Həmin vəziyyətdə itə qışqıraraq, hündür yer varsa, oraya çıxaraq, insanları köməyə çağıraraq, yaxud ətrafda özünü müdafiə edə biləcək əşya varsa, istifadə edərək təhlükənin qarşısını almaq olar”.

Nəsimi Ələsgərli

www.yenicag.az

277
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv