!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Hulusi Akar Zakir Həsənova başsağlığı məktubu göndərdi

!Reklam – Yazi

Türkiyənin milli müdafiə naziri Hulusi Akar aprelin 11-də Azərbaycan-Ermənistan sərhədində 3 Azərbaycan əsgərinin şəhid olması ilə bağlı azərbaycanlı həmkarı Zakir Həsənova başsağlığı məktubu göndərib.

Yenicag.az Anadolu Agentliyinə istinadən xəbər verir ki, “Əziz qardaşım” ifadəsi ilə başlayan məktubda Akar Azərbaycan xalqının ağrılarını ürəkdən hiss etdiyini bildirib.

Nazir Türkiyə və Azərbaycanın “iki dövlət, bir millət” anlayışı ilə kədərdə və sevincdə bir yerdə olduğunu bildirib:

“İndiyə qədər etdiyimiz kimi şəhidlərimizin haqq mübarizəsində də bütün imkanlarımızla yanında olmağa davam edəcəyik. Şəhidlərimizə Allahdan rəhmət diləyir, yaxınlarının, qardaş Azərbaycan xalqının və Müdafiə Nazirliyinin dəyərli əməkdaşlarının kədərlərini paylaşır, başsağlığımızı çatdırırıq”.

www.yenicag.az

344
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv