!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Hulusi Kılıç BDU-da tələbələrlə görüşdü - FOTO

!Reklam – Yazi

2008-2012-ci illərdə Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri olmuş, Azərbaycanın “Dostluq” ordeninə layiq görülmüş Hulusi Kılıç Bakı Dövlət Universitetində (BDU) Jurnalistika fakültəsinin qonağı olub.

Əvvəlcə Vətən müharibəsində şəhid olan qəhrəmanlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirin moderatoru dekan müavini Samir Mirzəyev Türkiyə-Azərbaycan əlaqələrinin tarixi köklərə dayandığını vurğulayıb və bu əlaqələrin inkişafında səfir Hulusi Kılçın səmərəli fəaliyyətini diqqətə çatdırıb.

Sonra Hulusi Kılıçın həyat və fəaliyətini əks etdirən videoçarx nümayiş olunub.

Çıxış edən səfir ölkələrimiz arasında diplomatik əlaqələrin tarixindən və 44 günlük Vətən müharibəsində bütün sahələrdə nümayiş olunan birlikdən söz açıb. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusunun qazandığı parlaq qələbəni bütün türk dünyasının tarixi nailiyyəti kimi dəyərləndirən Hulusi bəy Azərbaycan-Türkiyə qardaşlığının regiona uzunmüddətli sülh və rifah gətirəcəyini bildirib. “44 gün Vətən müharibəsi, Hulusi Kılıç informasiya cəbhəsində” adlı kitabı barədə tələbələrə məlumat verən səfir, Azərbaycanın qazandığı tarixi qələbənin regionda yaratdığı yeni geosiyasi vəziyyət barədə danışıb. Şuşa Bəyannaməsinin çox önəmli tarixi əhəmiyyətə malik olduğunu xatırladan səfir Hulusi Kılıç deyib ki, hər bir vətəndaşımızın Türkiyə – Azərbaycan münasibətlərinin yüksək səviyyədə saxlanılmasında fəal iştirakı vacibdir.

Türkiyənin Azərbaycandakı Səfirliyinin mətbuat müşaviri Hüseyn Altınalan, Jurnalistika fakültəsinin dekanı Vüqar Əliyev, professorlar Sabir Məmmədli, Nəsiman Yaqublu çıxış edərək 44 günlük Vətən müharibəsində Türkiyə Cümhuriyyətinin hər zaman Azərbaycanın yanında olduğunu, informasiya cəbhəsində də qazanılan uğurları vurğulayıblar.

Sonda diplomat müəllifi olduğu “44 gün Vətən Müharibəsi, Hulusi Kılıç informasiya cəbhəsində” kitabını tədbir iştirakçılarına hədiyyə edib.

www.yenicag.az

360
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv