!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Hulusi Kılıç: “Bundan sonra bir millət, bir ordu, bir diaspor olacaq” - EKSKLÜZİV

!Reklam – Yazi

“Ermənistan Azərbaycan və Türkiyənin uzatdığı əli tutarsa, bölgədə sülh, təhlükəsizlik və inkişaf olar”.

Bu fikirləri Yenicag.az-ın əməkdaşına açıqlamasında Türkiyənin ölkəmizdəki sabiq səfiri Hulusi Kılıç səsləndirib.

Hulusi Kılıç Azərbaycanın torpaqlarını işğaldan azad etməsindən sonra Türkiyə-Azərbaycan münasibətlərinin, o cümlədən bölgənin gələcəyinin daha yaxşı olacağını deyib:

“Ermənistan Azərbaycan və Türkiyənin uzatdığı əli tutarsa, bölgədə sülh, təhlükəsizlik və inkişaf olar. Bölgədəki inkişafa ən çox mane olan da Ermənistandır. Əgər bunu qəbul etməzsə, daha da pis vəziyyətə düşəcək. Ağıllarını başlarına yığmaları lazımdır. Diasporun arxası ilə düşüb, onlardan çörək gözləsə, ondan dövlət ola bilməz. Ona görə də biz gələcəyi daha yaxşı və parlaq görürük. Yarınlar bizimdir, yarınlar türk millətinindir”.

Hulusi Kılıç səfir olduğu dönəmdə Azərbaycan və Türkiyə arasında yaşanan “bayraq gərginliyi”nə də toxunaraq bunun bir sınaq olduğunu və hər iki ölkənin də bu sınaqdan üzüağ çıxdığını qeyd edib:

“Xarici qüvvələr o zaman bizi bir-birimizdən ayırmağa çalışdılar, amma bacara bilmədilər. Onlar bunu bizim dik və qərarlı duruşumuza görə bacara bilmədilər. Biz o günləri arxada qoyduq. İnşallah, “Çəkişərək bərkidik” adlı kitab yazacam və orada bütün yaşananları təfərrüatı ilə qeyd edəcəm. Mən o zaman qəzet-qəzet gəzdim, dik durdum. Dedim ki, bu bir sınaqdır, biz ailəyik və bu da ailə daxilində olan problemdir. Şükürlər olsun, bu gün bir millət, bir dövlət kimi çalışırıq. Bundan sonra bir millət, bir ordu, bir diaspor olacaq”.

Aqil Bəkir / Ankara 

www.yenicag.az

2475
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv