!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Hulusi Kılıç "Xarı bülbül" festivalı haqqında: "Bu bayram bütün türk millətinin bayramıdır" - ÖZƏL

!Reklam – Yazi

Xəbər veridiyimiz kimi, bu gün Azərbaycanın mədəniyyət paytaxtı Şuşada “Xarı bülbül” musiqi festivalının açılış mərasimi baş tutub.

Hər bir azərbaycanlının qürurla seyr etdiyi festival sərhədləri aşaraq bütün türk dünyasında bayram ab-havası yaradıb. 2022-ci ildə türk dünyasının mədəniyyət paytaxtı elan edilməsi planlaşdırılan Şuşada 30 ildən sonra belə bir festivalın keçirilməsi Türkiyədə də maraqla qarşılanıb.

Türkiyənin Azərbaycandakı sabiq səfiri Hulusi Kılıç festivlla bağlı fikirlərini Yenicag.az-la bölüşüb.

Şuşanın yenidən mədəniyyət tədbirlərinə ev sahibliyi etməsinin sevincini yaşayan Hulusi Kılıç bunu bütün türk dünyasının bayramı olduğunu qeyd edib:

“Bu gün mədəniyyət paytaxtı Şuşada “Xarı bülbül” Musiqi Festivalı keçirilir. Can Azərbaycan xalqını ürəkdən təbrik edirəm. Bu gün tarixi gündür, Ramazan ayının son günüdür. Belə bir gündə bu festivalın keçirilməsi Türkiyədə yaşayanları da sevindirdi. Türkiyə xalqı da bu festivalı yaxından izləyir və şad olur.

Xatırlayıram, Paşinyan Cıdır düzündə sərxoş şəkildə rəqs edirdi. Bəs nə oldu, Paşinyan, haradasan?

Bu gün şəhidlərimizin qanı ilə alınan Şuşada festival keçirilir. Şəhidlərimiz orada dastan yazdılar. Onların ruhu şad olsun, onların sayəsində torpaqlar geri alındı. Cənab prezidentin üstün liderliyi və Azərbaycan xalqının ona verdiyi dəstəklə, həmçinin qəhrəman Azərbaycan Ordusunun şücaəti ilə bu gün Şuşada bayram keçirilir. Bu bayram bütün türk millətinin bayramıdır. Şuşa bizim göz bəbəyimizdir, Qafqazın incisidir, bizim namusumuzdur. Cənab Prezidentin Şuşanı mədəniyyət paytaxtı elan etməsi də çox önəmlidir”.

Hulusi Kılıç Şuşada Ramazan bayramı namazının qıləınacağını da vurğulayaraq bundan qürurlandığını dilə gətirib:

“Düşmənin dağıtdığı Şuşa bərpa ediləcək. Birinci Vitse-prezident Mehriban Əliyevaya da minnətdarıq, çünki bu festival Heydər Əliyev Fondu tərəfindən təşkil edilib. İndilərdə türk dünyasının qəlbi oradadır. Biz zəfərimizi, dəmir yumruğu qeyd edirik.

Sabah bayram namazı da qılınacaq. Bunları görmək bizi qürurlandırır. İndi Türkiyədə olsam da, ruhum oradadır. Can Azərbaycan xalqını təbrik edirəm. Allah bizlərə gözəl günlər nəsib etsin. Biz birlikdə güclüyük, gücümüz birliyimizdədir. Türkiyə hər zaman Azərbaycanın yanındadır”.

Aqil Bəkir

www.yenicag.az

2849
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv