Reklam: Hightechnic
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Hulusi Kılıç yeni kitabından gələn gəliri YAŞAT fonduna hədiyyə edəcək

İkinci Qarabağ Müharibəsi zamanı Türkiyənin Azərbaycandakı keçmiş səfiri Hulusi Kılıç media cəbhəsində mübarizə aparıb.

Yenicag.az xəbər verir ki, onlarla televiziya və saytlara müsahibə verən, Azərbaycan həqiqətlərini dünyaya çatdıran Hulusi Kılıçın 44 günlük müharibədə verdiyi müsahibələrin toplandığı kitab nəşr edilib.

“44 gün Vətən Müharibəsi” adlı 152 səhifədən ibarət kitabda diplomatın müsahibələri yer alır. Hulusi Kılıç Qazet.az-a açıqlamasında bildirib ki, kitabdan gələn gəlir şəhid və qazi ailələrinə yardım məqsədi ilə sərf ediləcək.

“Can Azərbaycanımızın ikinci Qarabağ müharibəsi zamanı media cəbhəsində yer aldım. Müharibə vaxtı və sonrasında yazdığım yazılar bir kitabda toplanıb. Kitabın ilk tirajı 20 iyun tarixində işıq üzü görüb. İyul ayının 10-dan Bakıda satışa çıxacaq. Əldə ediləcək gəliri isə şəhid və qazi ailələrinə yardım üçün yaradılan YAŞAT fonduna ianə etməyə qərar verdim”, – deyə H.Kılıç əlavə edib.

Qeyd edək ki, kitabın idea müəllifi azərbaycanlı jurnalist Günel Yazdır.

www.yenicag.az

216
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100