Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Hündürdaban ayaqqabıların yaratdığı fəsadlar – Qarşısını necə almalı?

Əksər xanımlarda uzun iş gününün sonunda ayaqlarda ağrılar meydana gəlir. Bunun səbəbi ayaq üstə uzun müddət qalmaq, düzgün olmayan ayaqqabı seçimi, ayaqda olan anotomik problemlər, oynaq və damar xəstəlikləridir. 

Gündəlik həyatda yerimək, idman etmək, pilləkənlə qalxmaq kimi hərəkətlər əzələlərə, vətərlərə zərər verərək ayaq burxulmasına səbəb ola bilir.

Bəzən oynaqları təşkil edən əzələ bağlarında zədələr, yırtıqlar, hətta qırılmalar meydana gəlir.

Topuq burxulmaları ən çox idman edərkən meydana çıxır. Futbol, ən çox risk daşıyan idman növüdür.

Bundan əlavə qadınlarda menstruasiya dövründə də əzələ və vətərlərdə yumşalma yaşanır bu səbəbdən də aybaşı olan qadınlar və həmçinin də artıq çəkili insanlar tez-tez ayaq burxulması yaşayırlar.

Burxulma zamanı mütləq ortoped həkimə müraciət edilməlidir. Əks halda ayaqlarda yaranan zədə tam aradan qalxmadığı üçün yenidən burxulma ehtimalı yüksək olur.

Burxulma hətta topuq oynağının qırılmasına da səbəb ola bilər.

Həmçinin burxulma zamanı oynaq qığırdağı zədələnir ki, nəticədə oynaqların tez yaşlanmasına gətirib çıxarır.

Ayaq burxulmasından qorunmaq üçün bir sıra üsullar mövcuddur.

Ayaq burxulmasına daha çox dikdaban geyinən qadınlar məruz qalırlar. Buna görə də, xanımlar yaxşı olardı ki, topuqdan bağlanan ayaqqabı və ya uzunboğaz çəkmə seçsinlər.

Ayaq oynağını gücləndirmək üçün kiçik idman hərəkətləri edin. Ayaqları topuq hissədən saat əqrəbi və onun əksi istiqamətində fırladın. Bu həm əzələ bağlarının güclənməsinə həm də ayaqlardan yorğunluğun çıxmasına kömək edəcək./Medicina/

Loading...

www.yenicag.az

2842
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100