!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Hüquqları pozulan İŞÇİLƏRƏ MÜJDƏ: Yeni qanundan kimlər YARARLANACAQ? – Ekspertdən İZAHAT

!Reklam – Yazi

“Mülki-hüquqi müqavilə ilə və ya qeyri-rəsmi şəkildə fəaliyyət göstərən işçilər yeni qərardan yararlana bilməyəcək”.

Bunu Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin yeni qərarı ilə gecikdirilən hər gün üçün maaşın 1 faizi həcmində işçiyə pul ödənilməsi məsələsini şərh edərkən Vətəndaşların Əmək Hüquqlarnın Müdafiə Liqasının rəhbəri Sahib Məmmədov Yenicag.az-a açıqlamasında deyib.

O, yeni qərara əsasən işçilərə hər gecikdirilən iş günü üçün kompensasiyanın ödənilməsinin hansı hallarda mümkün olacağını bildirib:

“1999-cu ildən Azərbaycan Respublikasının Əmək Məcəlləsində gecikdirilən hər gün üçün maaşın 1 faizdən az olmayaraq işçiyə pul ödənilməsi tələbi mövcuddur. Bu qanun yalnız fərdi əmək mübahisəsinə səbəb olmadığı halda həyata keçirilə bilərdi. Yəni əvvəl işə götürənlə işçi arasında əmək mübahisəsi məhkəməyə qədər gəlib çıxdığı zaman işçiyə hər gecikdirilən gün üçün kompensasiya ödənilmirdi. Çünki bu, fərdi əmək mübahisəsi hesab edilirdi və qanuna görə belə halda işçiyə pul ödənilməsi qeyri-mümkün olurdu. Amma artıq Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinin şərh edilməsinə dair” 11 aprel 2023-cü il tarixi qərarı ilə işçiyə kompensasiyanın ödənilməsi hər iki halda mümkündür. Yəni istər mübahisə olsun, istərsə də olmasın, işçinin hər gecikdirilən gün üçün işə götürəndən maaşının 1 faizindən az olmayaraq kompensasiya tələb etmək hüququ var”.

Ekspert yeni qərardan yalnız əmək müqaviləsi ilə işləyənlərin yararlanacağını bildirib:

“Yeni qərar əmək müqaviləsi ilə işləyənlərə aiddir. Mülki-hüquqi müqavilə ilə və ya qeyri-rəsmi şəkildə fəaliyyət göstərən işçilər bu qanundan yararlana bilməyəcək”.

Sadiq Cavadov

www.yenicag.az

319
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv