!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Hüquqşünasdan ŞOK AÇIQLAMA: “Ölüm hökmü cəmiyyət üçün bir dərmandır”

!Reklam – Yazi

“Dövlət öz vətəndaşının qisasını digər vətəndaşından almağı bacarmalıdır”.

Yenicag.az xəbər verir ki, bunu Yenisabah.az-a açıqlamasında hüquqşünas Şəmsəddin Əliyev deyib.

O, ölkədə artan cinayət dinamikası əsnasında ölüm hökmünün bərpası çağırışlarını şərh edib.

Hüquqşünas Cinayət Məcəlləsində müəyyən cinayətlərə görə cəzanın sərtləşdirilməsinin tərəfdarı olduğunu bildirib: “Zaman sübut edir ki, ölüm hökmü olmadan cəmiyyəti idarə etmək çox çətindir. Ölüm hökmü cəmiyyətin sağlam yaşaması üçün bir dərmandır. Bu həb olmadan cəmiyyət sağlam ola bilməz”.

Şəmsəddin Əliyev əlavə edib: “Cinayətkarlıq xəstəlikdir. Ölüm hökmü ilə cinayət halların sayı bəlkə də dərhal azalmayacaq. Ancaq insanların qorxduğu bir hökm olacaq.

Dövlət öz vətəndaşının qisasını digər vətəndaşından almağı bacarmalıdır. Bir övlad qətlə yetirilibsə, onun qisasını cinayətkardan valideynləri yox, dövlət almağı bacarmalıdır. Almadıqda qarşı tərəf üçün valideynlərdə qisas almaq imkanı yaranır”.

www.yenicag.az

295
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv