!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Hüquqşünasların DİQQƏTİNƏ: Müsabiqə elan edildi - Vakant vəzifələrin SİYAHISI

!Reklam – Yazi

Azərbaycan Respublikası Prezidentinin 19 may 2022-ci il tarixli 1685 nömrəli Fərmanı ilə yaradılmış “Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzi” publik hüquqi şəxsi tərəfindən Mərkəzdə mövcud hüquqşünas vəzifələrinə işə qəbul ilə əlaqədar müsabiqə elan edilir.

Mövcud vəzifələr:

Publik hüququn ekspertizası şöbəsi – 4 vakant vəzifə

şöbə müdiri – 1

baş mütəxəssis – 2

aparıcı mütəxəssis – 1

Xüsusi hüququn ekspertizası şöbəsi – 4 vakant vəzifə

şöbə müdiri – 1

baş mütəxəssis – 1

aparıcı mütəxəssis – 2

Qanunvericilik təşəbbüsləri və monitorinq şöbəsi – 3 vakant vəzifə

şöbə müdiri – 1

baş mütəxəssis – 1

aparıcı mütəxəssis – 1

Müsabiqədə iştirak etmək üçün namizədlərə dair minimal tələblər:

Hüquqşünaslıq ( beynəlxalq hüquq) ixtisası üzrə bakalavr dərəcəsi;
Hüquq sahəsində azı 3 il iş təcrübəsi;
Ən azı bir xarici dil biliyi.
Əlavə üstünlüklər:

Normayaratma fəaliyyəti sahəsində iş təcrübəsi;
Magistr və ona bərabər ali hüquq təhsili.
Müraciət edən namizədlər arasından yalnız elan olunmuş vəzifələrə daha uyğun gələn şəxslər müsabiqəyə dəvət olunacaq. Müsabiqə iki mərhələdən – yazılı imtahan və müsahibədən ibarət olacaq. Yalnız yazılı imtahan mərhələsindən uğurla keçmiş şəxslərlə müsahibə keçiriləcək.

Maraqlanan namizədlər öz anketlərini (CV-lərini) [email protected] emailinə göndərə bilərlər.

Son tarix: 10 avqust 2022-ci il

www.yenicag.az

445
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv