!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Hüseynlə görüşdə yaşanan İZDİHAM: “Seviləndir, amma Maykl Cekson deyil” - REAKSİYA

!Reklam – Yazi

“Bloqer Hüseyn seviləndir, amma o, Maykl Cekson deyil”.

Bunu tanınmış rejissor Ramin Hacıyev Rusiyada yaşayıb fəaliyyət göstərən məşhur bloqer Hüseyn Həsənovun Bakıda izləyiciləri ilə görüşü zamanı yaşanan izdihama münasibət bildirərkən Yenicag.az-a açıqlamasında deyib.

Bununla bağlı sosial şəbəkələrdəki tənqid və narazılıqlardan danışan rejissorun iradlara reaksiyası birmənalı olmayıb:

“Düşünürəm ki, dünyada hər bir tanınmış insanın təqdimat mərasimləri və ya görüşlərində izdiham yaşanır. Ola bilsin, biz özümüzə qarşı aşırı dərəcədə tənqidi yanaşırıq. Təbii ki, orada olanların heç biri belə basabasla qarşılaşmaq istəməzdi. Ancaq hər kəsə bəllidir ki, izdiham hər zaman basabasla müşayiət olunur. Monitor arxasından baxıb hər söz demək olar və hər formada qınamaq olar, ancaq açığı, mən heç vaxt millətimi belə gülməli vəziyyətdə görmək istəməzdim. Bloqer Hüseyn seviləndir, amma o, Maykl Cekson deyil”.

Cəvahir

www.yenicag.az

1826
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv