Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

“Hyundai” son altı ayda neçə nəfərin həyatına son qoydu?-Ölüm maşınları– Araşdırma

2232333333Olum, ya ölüm… Həyat bir anın içində dəyişə bilər.. Təsəvvür edin ki, ölümlə qarşı-qarşıyasınız. Sözsüz, bunu heç kimə arzu etmərəm. Ancaq həyatın elə məqamları var ki, biz, istədik-istəmədik ölümlə qarşı-qarşıya qalırıq. Həyatımız bir film kimi gözümüzün qarşısından gəlib keçir. Ölüm – real həyatımızın ilk kadrlarıdır. Ölüm – həm də “haqq işidir” – deyirlər. Allah verdiyi canı mütləq bir gün alır. Amma… Azərbaycanda son illərin ən başıbəlalı problemi avtomobil qəzalarıdır. Müharibədə itirdiklərimizdən dəfələrlə çox avtomobil qəzalarında insan dünyasını dəyişir.

Bəs nədən son illər avtomobil qəzalarının sayı durmadan dəhşətli dərəcədə artır? Hər gün sosial şəbəkələrdə, xəbər portallarındakı qəza xəbərlərini oxuyanda adam dəhşətə gəlir…”Bir ailə bütünlüklə məhv oldu”, “3 nəfər öldü, 12 nəfər yaralandı”. Bu cür başlıqlı xəbərlər artıq həyatımızın bir parçasına çevrilib və adiləşib. Adi bir müşahidə və diqqət kifayətdir ki, yollarda qəzaların nədən baş verdiyini anlayasan. Sürət həddini aşan avtomobillər, yol hərəkət nişanlarını tanımayan sürücülər, qaydaları ayaq altına atan, insan həyatı ilə oynayan avtobus sürücüləri… O avtobus sürücüləri ki, onlar öz şəxsi maraqları hesabına insanlığı, qayda-qanunu unudur, gündə nə qədər adamın həyatı bahasına ölümə bərabər nəqliyyat idarə edirlər.

24683315Sürücülər bir-birinin bəhsinə girib “plan doldurma” “qorxusu” və “arzusu” ilə sərnişinlərin həyatı bahasına nəqliyyat idarə edirlərsə, deməli, bundan sonra dəhşətli qəzaları hələ çox görəcəyik. Hətta bu azmış kimi, sürətlə bir-birini ötmək istəyən avtobus sürücüləri sükan arxasında telefonla da danışırlar. Statistik nəticələrə görə bu ilin əvvəlindən iyulun 1-dək respublikada avtobusların iştirakı ilə 48 yol-nəqliyyat hadisəsi baş verib. Əldə etdiyimiz məlumata görə həmin qəzalarda 28 nəfər ölüb, 86 nəfər xəsarət alıb. Bu, təkcə avtobus qəzaları zamanı xəsarət alanlar və dünyasını dəyişənlərdir. Digər bir statistikaya görə avtobus qəzalarının 80 %-i sürücünün günahı üzündən baş verir. Yol polisi də, müvafiq nazirlik də qayda pozan, qəza şəraiti yaradan avtobus sürücülərinə qarşı mütəmadi reydlər keçirir. Ancaq buna baxmayaraq, qəzaların sayı dayanmadan artır. Bu da ondan xəbər verir ki, görülən tədbirlər heç bir fayda vermir. Buradan maraqlı sual yaranır: bəs görəsən qəzaların sürətlə artmasının əsas səbəbi nədir? Bu səbəbdən araşdırma aparmaq qərarına gəldik.

Avtomobil qəzalarının sürətlə artmasının əsas səbəbləri hansılardır? Bu barədə ekspert Ceyhun Qəmbərova müraciət etdik. Onun sözlərinə görə qəzaların artmasının bir neçə səbəbi var: “Sözsüz, qəzaların artmasının birinci səbəbi yol hərəkəti qaydalarını bilməyən sürücülərin sayının sürətlə artmasıdır. Bunun da günahkarı qanunsuz yolla sürücülük vəsiqəsi verən orqandadır. Yəni, bir çox hallarda sürücülük vəsiqələrinin verilməsi şübhələrə yol açır. Digər səbəb isə sərnişindaşıma ilə bağldır. Belə ki, avtobuslar peşəkarlara yox, çox vaxt təsadüfi, sürücülüyü gündəlik qazanc yeri bilən insanlara həvalə edilir. Təbii ki, bu da acınacaqlı qəzalara gətirib cıxarır. Ekspert onu da əlavə etdi ki, ölkə ərazisində qəzaların coxalmasının ən dəhşətli səbəbi avtomobillərlə bağlıdır.

Məlumdur ki, Azərbaycana gətrilən avtobuslar əsasən “Hyundai” markasıdır. Bu avtobuslar da bir çox texniki parametrlərinə görə başqa markalardan geri qalır. Bu markalı avtomobillərin coxunda əyləc sistemində problemlər var. Lakin nədənsə bu avtomobillərin Azərbaycana gətirilməsində “yaşıl işıq” yanır. Reallıq budur ki, 2015-ci ilin 6 ayı ərzində ən cox qəza törədən markalardan biri də “Hyundai” və “VAZ”dır. Təcili tədbirlər görülməsə qəzalar daha böyük miqyasda arta bilər. Ən dəhşətlisi də odur ki, Azərbaycan avtomobil qəzalarına görə keçmiş sovet respublikaları içində birincilik təşkil edir”.

1391975147-410İcbari Sığorta Bürosu “Yenicag.az” saytının sorğusuna cavab olaraq 2015-ci ilin ilk altı ayında baş verən qəza zamanı hansı markaların daha cox qəza törətməsinin siyahısını açıqlayıb. Qeydiyyata alınan sığorta tələbləri üzrə zərərvuran nəqliyyat vasitələrinin markalarının bölgüsü dəhşətli olduğunu göstərir. İcbari Sığorta Bürosunun məlumatına görə 2015-ci ilin 6 ayı ərzində “VAZ” və “Hyundai” markaları tərəfindən 3152 qəza törədilib. Bu ilin altı ayı ərzində ölkə ərazisində baş verən 10485 qəzanın 33 faizi bu iki markanın üzərinə düşür ki, bu da olduqca dəhşətli bir rəqəmdir. Digər dəhşətli bir statistika isə, köhnə modeldən olan “Mesedes Bens” markalı avtobillər tərəfindən törədilən qəzalardır. Belə ki, 6 ay ərzində həmin markalı avtomobillər 2090 qəza törədib. Daha çox qəza törədən “Mersedes Benz” markalı avtomobillərin çoxu 1996 və 2010-cu il istehsaldır.

http_95.86.135.60_bpictures_picture91901Cədvələ nəzər salaq:

VAZ  – 2309

MERCEDES BENZ – 2090

HYUNDAI – 843

DIGƏR – 1630

TOYOTA – 454

OPEL – 453

KIA – 374

FORD – 351

NISSAN – 334

DAEWOO – 328

MITSUBISHI – 322

BMW – 254

CHEVROLET – 215

VOLKSWAGEN – 204

ISUZU – 181

KAMAZ – 143

Cəmi 10 485

“VAZ” və “Hyundai” avtomobilləri tərəfindən törədilən qəzaların köhnə avtomobillərin yox, 2008 və 2015-ci il modelləri tərəfindən törədilməsi olduqca ilginc və təhlükəli faktı ortaya qoyur. Köhnə “Mercedes”lər də öz ölkəsində “ölüxana”larda olmalarına rəğmən, Azərbaycanda “ölüm maşını” funksiyasını yerinə yetirir.

13b8b5bf-b6da-4aa2-b487-eb94575152ca_640Avtomobil sığortaçısı Elşən Məmmədov maraqlı məqamlara toxunub: “Ölkə ərazisində avtomobillərin sürətlə artması gələcək üçün yaxşı heç nə vəd etmir. Rusiya istehsal olan “VAZ” avtomobilləri texniki parametrlərinə görə olduqca kefiyyətsizdir. “Hyundai” markasından isə danışmağa dəyməz Təsəvvür edin ki, bu ilin 6 ayı ərzində baş verən 48 avtobus qəzasının 22-si “Hyundai” markasının payına düşür. Məncə, bu markaların Azərbayacana gətrilməsinin qarşısı alınmalıdır. Bunlar ölüm markalarıdır. Sığortaçı kimi deyə bilərəm ki, bu yolla qəzaların qarşısını almaq olar…”

Sonda üzümüzü məsul şəxslərə tutub onu demək istəyirəm ki, siz evdə gözləyənlər olduğu kimi, sərnişinləri də gözləyən var. Çalışın, heç bir gözü yolda qoymayın.

Hər birinizə mənzil başına sağ-salamat çatmaq arzusu ilə,

Q.Salmanlı

www.yenicag.az

1410