!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İbrahim Tatlısəsdən Kılıçdaroğluna sərt cavab

!Reklam – Yazi

Müğənni İbrahim Tatlısəs Türkiyənin yerli imkanları hesabına istehsal etdiyi “Togg”la bağlı Kamal Kılıçdaroğlunun dediklərinə çox sərt formada reaksiya verib.
Yenicag.az xəbər verir ki, Tatlısəs sosial şəbəkə hesabında belə yazıb:

“Bəs deyirdiniz “Togg” avtomobili yoxdur, istehsal edilmir? Al, bu da sənə bal kimi… Hətta mən də “Togg” almağa yazılmışam. Bunun harası yalandır? İş budur, cənab Prezident və xanımı, maşına minib tur atırlar. Hanı yox idi, uydurmadı? Bu da TOGG”.

Qeyd edək ki, Türkiyənin mühüm layihələrindən biri olan “Togg”la bağlı mövqeyini açıqlayan CHP sədri Kamal Kılıçdaroğlu bunu uydurma və yalan adlnadırıb.

“Biz avtomobil istehsal edirik. Hanı? Milləti aldatmaq üçün deyirlər ki, Türkiyə avtomobil istehsal edir. Artıq avtomobil istehsal etmək adi bir hadisədir”, – Kılıçdaroğlu qeyd edib.

www.yenicag.az

280
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv