!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İbrət almayan DÖVLƏT QURUMLARI: “Aparılan islahatlar fonunda korrupsiya və rüşvətxorluqdan əl çəkməyən...” - MÖVQE

!Reklam – Yazi

“Baxırsan ki, hansısa nazirlik tender elanı verir və o tenderin qalibi elan çıxandan bir neçə gün sonra təsis edilən şirkət olur”.

Bu fikirləri Hesablama Palatasının apardığı yoxlamalar nəticəsində bir neçə nazirliyin fəaliyyətində təkrar pozuntuların aşkarlanmasına münasibət bildirən siyasi şərhçi Azər Həsrət Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, pozuntularla bağlı faktlara ciddi yanaşılmalı və təcili araşdırmalara başlanılmalıdır:

“Dövlət qurumlarının fəaliyyətində ciddi pozuntuların olması yeni və təəccüblü məsələ deyil. Ona görə ki, Azərbaycanda son illər həyata keçirilən islahatlar fonunda korrupsiyadan əl çəkməyə meyilli olmayan, rüşvətxorluğu həyat tərzinə çevirməyə çalışan məmurlar, vəzifəli şəxslər hələ də qalır. Bu səbəbdən, onların idarə etdikləri qurumlarda bir sıra məsələlərdə, o cümlədən maliyyə sahəsində ciddi pozuntular, çatışmazlıqlar qeydə alınır.

Əlbəttə, Hesablama Palatası bu pozuntuları aşkara çıxardıqdan sonra həmin faktlarla bağlı dövlətin müvafiq strukturları, konkret olaraq, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi hərəkətə keçməlidir. Bəzən bu rəqəmlər o qədər nəhəng olur ki – bir sıra hallarda yüz minlərdən yox, milyonlardan söhbət gedir. Doğrudur, üç-beş manat məbləğində xətanın olması mümkündür, ancaq yüz minlər, milyonlar məbləğində xətanın baş verməsi mümkün deyil. Burada artıq səhvdən yox, dövlət vəsaitinin planlı, sistemli şəkildə mənimsənilməsindən söhbət gedə bilər.

Eyni zamanda müntəzəm ictimailəşdirilən bir məsələ də var. Təəssüf ki, dövlət orqanlarımız o məsələyə diqqət yetirmirlər. Baxırsan ki, hansısa nazirlik tender elanı verir və o tenderin qalibi elan çıxandan bir neçə gün sonra təsis edilən şirkət olur. Burada mütləq yeyinti və mənimsəmə var. Müvafiq qurumlar bu halları niyə görmürlər? Əslində isə bu faktlara ciddi yanaşılmalı və təcili araşdırmalara başlanılmalıdır. Belə olarsa, bəhs etdiyimiz neqativ hallar da tədricən azalacaq və kökü kəsiləcək”.

A.Zeynalov

www.yenicag.az

712
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv