!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İcbari Sığorta Bürosuna məxsus əmlak hərraca çıxarılacaq

!Reklam – Yazi

Martın 14-ü, saat 10:00-da “Əmlak Hərrac Mərkəzi” MMC-də İcbari Sığorta Bürosuna məxsus əmlak hərraca çıxarılacaq.

Yenicag.az bu barədə İSB-yə istinadən xəbər verir.

Məlumata görə, söhbət İSB-yə məxsus “Lexus GS250” sedandan gedir. Onun ilkin hərrac qiyməti 42,5 min manat, təkrar hərrac qiyməti isə 40,375 min manat təşkil edir.

Təkrar hərracda iştirak üçün satış qiymətinin 5 %-i, yəni 2,019 min manat məbləğində beh ödənilməlidir. Beh məbləği hərracın təyin edildiyi tarixə bir iş günü qalanadək hərrac sifarişçisinin hesabına ödənilməlidir.

Eyni zamanda qeyd olunur ki, 500 manat məbləğində iştirak haqqı hərracın təyin edildiyi tarixə bir iş günü qalanadək hərrac təşkilatçısının hesabına ödənilməlidir.

Hərracla bağlı daha ətraflı məlumatları aşağıdakı linkdən əldə etmək mümkündür:

https://e-herrac.com/advertisement/neqliyyat/avtomobiller/tekrar-herracin-kecirilmesine-dair-660

www.yenicag.az

292
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv