!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İçərişəhərdə ağsaqqallar arasında nərd yarışması təşkil edildi

!Reklam – Yazi

İçərişəhərdə ağsaqqallar arasında “Oyunçu aparsın” adlı nərd yarışması təşkil edilib.

Bu barədə Yenicag.az-a “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən bildirilib.

Sentyabrın 17-dək davam edəcək yarış ağsaqqalların asudə vaxtlarının maraqlı və səmərəli təşkili məqsədilə keçirilir.

Tarixi, əyləncə və sağlam mübarizəni özündə birləşdirən bu maraqlı yarışda “İçərişəhər” Ağsaqqallar Şurasının üzvləri, İçərişəhərin, Bakının və Bakı kəndlərinin ağsaqqalları iştirak edirlər.

Qeyd edək ki, turnir “İçərişəhər” Ağsaqqallar Şurası, “Üçüncü Bahar” İctimai Birliyi və Azərbaycan Milli İdman Növləri Assosiasiyasının birgə təşəbbüsü, “İçərişəhər” Dövlət Tarixi-Memarlıq Qoruq İdarəsi, Gənclər və İdman Nazirliyinin təşkilati dəstəyi ilə keçirilir.

www.yenicag.az

223
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv