!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İçməli DƏNİZ SUYU: “Şəhər böyüyür, resurslar isə azalır”

!Reklam – Yazi

“Həm şəhər böyüyür, həm də su resursları azalır”.

Bunu əhalinin su ilə təminatında dəniz suyunun duzsuzlaşdırılaraq istifadə edilməsindən danışan iqtisadçı ekspert Azər Badamov Yenicag.az-a açıqlamasında deyib.

O, bildirib ki, İsrailin milli su operatoru “Mekorot Water Company” şirkəti, dəniz suyunun duzsuzlaşdırılması layihəsi çərçivəsində imzalanan müqaviləyə əsasən texniki məsləhət xidmətlərini Azərsu ASC-yə göstərəcək:

“Bu şirkətin dəniz suyunun duzsuzlaşdırılması ilə bağlı böyük təcrübəsi var. Hazırda Bakının içməli su ilə təminatı üçün yeni layihələr icra olunsa da, fasiləsiz su təminatında yenə də müəyyən çətinliklər mövcuddur. Həm şəhər böyüyür, həm də su resursları azalır.

Belə ki, son 30 ildə Azərbaycanın su ehtiyatları 30% azalıb. Su ehtiyatlarının azalmağa doğru getməsi isə dəniz suyunun yararlı hala gətirilməsi məsələsini aktuallaşdırır. İsraildə təmin olunan 90% içməli suyun 60%-i “Mekorot Water Company” şirkəti tərəfindən duzsuzlaşdırılmış dəniz suyu hesabına ödənilir.

Xəzər dənizi suyunun duzsuzlaşdırılaraq istehlaka çevrilməsi Bakı və ətraf qəsəbələrdə suya olan tələbatın ödənilməsinə imkan verəcək. İsrail şirkəti ilə imzalanmış müqavilə görüləcək işlərin təcrübə əsasında daha dolğun icra edilməsinə imkan verəcək”.

Yusif Səmədzadə

www.yenicag.az

282
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv