!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İcra başçısı nazirliyin aşkarladığı nöqsanlardan DANIŞDI

!Reklam – Yazi

“Mən 2020-ci ilin avqust ayında Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunmuşam. Bizdə 2021-ci ili əhatə edən maliyyə yoxlaması baş tutmayıb”.

Yenicag.az bildirir ki, bunu Biləsuvar RİH-nin başçısı Faiq Qürbətov deyib. O, qanun pozuntularının RİH-nin keçmiş rəhbərliyinin dövründə aşkarlandığını bildirib:

“Mən vəzifəyə təyin olunanda, artıq burada maliyyə yoxlaması gedirdi. Həmin yoxlama 2015-2020-ci illəri əhatə edirdi, amma yoxlama özü 2021-ci ildə başa çatıb. Ona görə nəticələr indi açıqlanıb. Mən bu prosesləri izləmirdim, həmin şəxslərlə də görüşməmişəm”.

Qeyd edək ki, bu gün Maliyyə Nazirliyi Biləsuvar RİH-də aparılan yoxlamalar nəticəsində pozuntular aşkarlandığı ilə bağlı məlumat yayıb. Xatırladaq ki, Biləsuvarın keçmiş icra başçısı Mahir Quliyev olub. O, 2020-ci ildə Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs edilib./Unikal/

www.yenicag.az

441
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv