Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

İcra başçısı yüksək bal toplayan abituriyentlərlə görüşdü

Reklam: Sinerji Pro

Sabirabad rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov 600-dən çox bal toplayaraq ali məktəblərə qəbul olunmuş məzunlarla görüşüb.

Yenicag.az xəbər verir ki, görüşdə S.Cabbarov yüksək bal toplayan və eləcə də tələbə adını qazanmış bütün abituriyentləri təbrik edərək rayonda təhsilin ildən ilə gücləndiyini qeyd edib.

Bildirilib ki, cənab Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva respublikanın hər bir bölgəsində olduğu kimi Sabirabad rayonunda da təhsilə xüsusi diqqət və qayğı göstərirlər.

Bu gün abituriyentlərimizin yüksək nəticə göstərməsinin də bu qayğı və diqqətin nəticəsində əldə olunduğunu vurğulayan S.Cabbarov əlavə edib ki, hazırda rayon ərazisində bir neçə məktəbin inşası həyata keçirilir. Sabirabadın təhsil işçilərini, müəllimləri və valideynləri bu uğurlar münasibəti ilə təbrik edən başçı tələbə adını qazanan bütün sabirabadlılara gələcək həyatlarında uğurlar arzulayıb.

Sonda abituriyentlərə rayon icra hakimiyyətinin fəxri fərmanları və qiymətli hədiyyələri təqdim edilib.

Loading...

www.yenicag.az

323