!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İcra başçısından Ramiz Mehdiyevə sədaqət jesti - İradə Gülməmmədovadan təəccübləndirən FOTOFAKT

!Reklam – Yazi

Xəbər verdiyimiz kimi “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin idarə rəisi Qorxmaz Abbasov COVİD-19 virusundan dünyasını dəyişib.

Yenicag.az xəbər verir ki, bununla bağlı Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova qurumun “Facebook” səhifəsindən başsağlığı verib.

İradə Gülməmmədovanın keçmiş əməkdaşı haqqında başsağlığı verməsi maraq doğurur. Keçmiş əməkdaşla bağlı başsağlığı vermək təbii ki, olar, ancaq buna ölkəmizdə çox az rastlayırıq.

Əslində İradə Gülməmmədovanın başsağlığı verməsi subluminal mesaj kimi də qəbul edilər bilər. Belə ki, Qorxmaz Abbasov sabiq Administrasiya rəhbəri, hazırda AMEA-nın prezidenti Ramiz Mehtiyevin qohumudur. Mətbuatda və keçmiş deputatlar tərəfindən “vurulan” Ramiz Mehtiyevin qohumuna başsağlığı vermək, sadiqlik göstəricisi kimi də başa düşülə bilər.

Əvvələr də mətbuatda Ramiz Mehtiyevin kadrı kimi təqdim edilən İradə Gülməmmədova icra hakimiyyətinin rəsmi səhifəsindən başsağlığı verməklə bir növ özünü sübut etmiş olub.

www.yenicag.az

37059
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv