!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İcra başçısının müavini məktəbli qızı DÖYDÜ – FOTO/YENİLƏNDİ 

!Reklam – Yazi

Döyüldüyü iddia edilən yeniyetmənin valideyni Ləman Camalova “Sputnik Azərbaycan”a açıqlama verib.

Valideyn bildirib ki, Rasilə Arifqızının qızı Sara Əlizadə onun qızına zəng edərək attestatların məktəbdə verildiyini, onun attestatını da götürdüyünü bildirib:

“Sara qızıma deyib ki, “attestatın məndədir, sürücünü göndərirəm gəl bizə”. Qızım onların evinə gedəndə Rasilə onu sorğu-suala tutub. Onu qızını başqa oğlanla tanış olmaqda vasitəçilikdə ittiham edib. Qızım da bildirib ki, Saranın istəyi ilə onun sevdiyi oğlana məlumat aparıb-gətirib. Rasilə qızımı təhqir edərək döyüb. Kürəyinə, qarnına təpik vurub. Üzünü cırmaqlayıb. Öz qızını da döyüb. Amma mənim qızımı daha pis döyüb”.

L.Camalova bildirib ki, başçının müavini öz evində qızın telefonunu da əlindən alıb:

“Sonra onun telefonundakı bütün şəkil və videoları mənə göndərib. Bizi qızımın video və şəkillərini sosial şəbəkələrdə yaymaqla hədələyir. Qızım idmançı olduğundan, o həmişə bədəninin müxtəlif hissələrini ölçərək onu telefona çəkib. O videoları yayacağı ilə bizi şantaj edir”.

Valideyn iddia edib ki, məktəb direktoru da həmin vaxt başçının müavininin evində olub. Qızı döyən zaman hadisəyə şahid olub: “Amma direktor qızımı döyməyib”.

*** 14:35

Lənkəranda dörd nömrəli məktəbin 9-cu sinif şagirdi Sevinc Əliyeva(ad şərtidir) Lənkəran şəhər icra hakimiyyətinin müavini Rəsilə Əliyeva tərəfindən döyülüb, bu barədə şagirdin anası bildirib.
“Qızım icra başçısının qızı ilə eyni sinifdə oxuyur və yaxın rəfiqədirdlər. Rəsilə Əliyevanın qızı mənim qızımın telefonundan sevdiyi oğlana mesaj yazıb. Bu münasibətdən xəbər tutan Rəsilə Əliyeva mənim qızımı da evlərinə çağırıb. Daha sonra həm öz qızını, həm də mənim qızımı döyüb. Həmin məkanda məktəbin direktoru Yeganə Əsgərova da olub. Qızım deyir ki, direktor sadəcə tamaşa edib heç bir müdaxilə etməyib. Rəsilə Əliyeva öz qızını döyübsə bu ona aid olan məsələdir. Mənim qızımı hansı səbəblə döyə bilər? Hazırda hüquq-mühafizə orqanlarına da şikayət etmişəm. Məsələ araşdırılır. Mənim qızımı döyənlər cəzasız qala bilməz”, – şagirdin anası Ləman xanım bildirib.
DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupunun baş inspektoru, polis baş leytenantı Məhəmməd Rzayev bildirib ki, məsələ ilə bağlı Lənkəran ŞRPŞ-yə daxil olmuş müraciət əsasında araşdırma aparılır. Müvafiq ekspertiza təyin edilib. Ekspertizanın və araşdırmanın nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək.
Lənkəran Şəhər İcra Hakimiyyətindən bildirib ki, belə hadisə baş verməyib.
“Rəsilə Əliyeva haqqında deyilənləri təkzib edirik. Belə bir hadisə baş verməyib. Biz də hüquq-mühafizə orqanlarına müraciət etmişik. Hadisənin hansı zəmində və necə baş verdiyi araşdırılır. Nəticə barəsində məlumat veriləcək”, – qurumdan məlumat verilib./anews.az/

www.yenicag.az

1107
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv