!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İctimai Birlik sədri: “Qarabağ və Xankəndidə seçki məntəqələrinin yaradılması tarixi hadisədir”

!Reklam – Yazi

“Azərbaycanda növbədənkənar prezident seçkilərinin keçirilməsi xalqımız, dövlətimiz üçün önəmli məsələdir”.

Yenicag.az xəbər verir ki, bu fikirləri secki2024.az saytına “Azərbaycan Çernobıl Əlilləri İttifaqı” İctimai Birliyinin sədri Mirhəsən Həsənov bildirib.

Birlik sədri vurğulayıb ki, müstəqil Azərbaycanın tarixində ilk dəfə olaraq seçkilər ölkənin bütün ərazisində keçiriləcək: “Zəfər qələbəmizin fonunda Azərbaycanın seçkilərə getməsi bütün dünyaya mesajdır. Bu seçkiləri Zəfər seçkiləri də adlandırmaq olar. Əminəm ki, xalqımız üçün bu seçkilər çox fərqli və yüksək əhval-ruhiyyə keçəcək. “Çernoblçı”lar və onların ailə üzvləri bu seçkilərdə birmənalı şəkildə iştirak edəcəklər”.

M.Həsənov qeyd edib ki, ölkədə seçkilər hər zaman demokratik şəkildə keçirilib: “Qarabağ və Xankəndidə seçki məntəqələrinin yaradılması tarixi hadisədir. Qurum olaraq hər kəsi sağlam rəqabət halında keçəcək seçkilərdə iştirak etməyə və tarixin bir parçası olmağa dəvət edirik”.

www.yenicag.az

137
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv