!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İctimai iştirakçılıq üzrə layihə uğurla başa çatdı

!Reklam – Yazi

Beynəlxalq İnsan Hüquqları Cəmiyyətinin Azərbaycan Milli Bölməsi Bakıda “İctimai iştirakçılıq haqqında qanunvericilik və onun təbliği” layihəsi üzrə yekun tədbir keçirib. Toplantıya Azərbaycan vətəndaş cəmiyyəti institutlarının, eləcə də medianın təmsilçiləri qatılıb.

Tədbiri açan layihə rəhbəri, Beynəlxalq İnsan Hüquqları Cəmiyyətinin Azərbaycan Milli Bölməsinin sədri Səadət Bənənyarlı bildirib ki, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyilə həyata keçirilən layihə Şamaxı, Quba, Masallı olmaqla 3 rayonda keçirilib:

“Hər üç rayonda keçirilən tədbirlərimizə yerli icma nümayəndələri ilə yanaşı icra hakimiyyətlərinin, bələdiyyələrin, daxili işlər orqanlarının, təhsil sektorunun və bölgədə fəaliyyət göstərən vətəndaş cəmiyyəti institutlarının, medianın təmsilçiləri qatılıb. Layihənin məqsədi ictimai iştirakçılıq haqqında qanunvericiliklə bağlı maarifləndirmə işinin aparılması idi ki, düşünürəm biz buna nail olduq. Cəmiyyətimizdə müşahidə edilən müsbət tendensiyalardan biri vətəndaşların getdikcə yerli və mərkəzi səviyyədə idarəetmədə təmsil olunmağa daha çox təşəbbüs göstərmələridir. Qanunvericiliyin bu sahəsi üzrə maariflənmə isə onlara bu təşəbbüsləri reallaşdırmaqda çox ciddi dəstəkdir”.

Məclisə online qaydada qoşulan Dilarə Əliyeva adına Azərbaycan Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlu bildirib ki, bu cür tədbirlərin bölgələrdə keçirilməsinin önəmi böyükdür:“Vətəndaş cəmiyyətinin inkişafı, hakimiyyət-vətəndaş dialoqununun genişlənməsi, şəffaflıq mühitinin yaradılması vətəndaş fəallığından asılı məsələdir. İctimai iştirakçılıq haqqında qanun Azərbaycan Respublikasının hər bir vətəndaşına bu imkanları tanıyır və bölgələrdə onların təbliği paytaxt və bölgələrdəki vətəndaş fəallığı arasında uzun illər müşahidə edilən fərqin aradan qaldırılmasına çox ciddi dəstək olacaq. Azərbaycanda bu ənənələrin yaradılması bu cür maarifləndirmə işlərindən çox asılıdır və düşünürəm ki, layihənin bu sahədə faydası böyükdür”.

Neftçilərin Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Mirvari Qəhrəmanlı da bu cür layihələrin bölgələrdə keçirilməsinin önəmindən danışıb:

“Əgər biz güclü cəmiyyət qurmaq istəyiriksə, regional inkişaf məsələlələrinə ciddi diqqət ayırmalıyıq. Hökumət öz üzərinə düşəni edir – regionların inkişafı ilə bağlı müxtəlif layihələr həyata keçirir, vətəndaş cəmiyyəti olaraq biz də üzərimizə düşəni etməliyik. İctimai iştirakçılıqla bağlı qanunvericiliyin təbliği bu sahədə çox vacib işlərdən biridir və faydalı olacağı yəqin ki, yaxın gələcəkdə hiss ediləcək”.

Toplantının sonunda Səadət Bənənyarlı bildirib ki, hər üç rayonda keçirilən tədbirlərdə icma təmsilçilərinin səsləndirdikləri fikirlər yerlərdəki durumun öyrənilməsi, qanunların çevik iş mexanizminin yaradılması üçün faydalıdır və səsləndirilən fikirlər ümumiləşdirilərək rəsmi qurumlara təqdim olunacaq.

www.yenicag.az

76
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv