!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İctimai nəqliyyatda nağd ödənişlər TARİXƏ QOVUŞUR: “Debet və kredit kartları vasitəsilə də…” - EKSPERT

!Reklam – Yazi

“Bu qanun ictimai nəqliyyatda gediş haqqının sadəcə “BakıKart” vasitəsilə deyil, istənilən debet və ya kredit kartları vasitəsilə də ödənilməsinə imkan yaradacaq”.

Bunu “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikasının Qanununda edilən dəyişikliyi şərh edərkən nəqliyyat eksperti Eldəniz Cəfərov Yenicag.az-a açıqlamasında deyib.


O, bu qanunda istər özəl, istərsə də dövlət sərnişin daşınmalarında ödənişlərin nağd deyil, elektron qaydada həyata keçirilməsinin nəzərdə tutulduğunu bildirib:

“Müntəzəm sərnişin daşıma dedikdə biz ictimai nəqliyyatı da bura aid edə bilərik. Bu gün ictimai nəqliyyatın avtobus seqmentində “BakıKart” vasitəsilə elektron ödəmələr həyata keçirilsə də, bir sıra özəl daşıyıcılar hələ də bu sistemə keçid etməyiblər. Həmin avtobuslarda ödənişlərdə nağd şəkildə qəbul edilir. Eyni zamanda Sumqayıt, Gəncə kimi şəhərlərdə də ictimai nəqliyyatda daşıyıcılar tərəfindən nağd ödənişlər qəbul edilir. Amma bu qanunda istər özəl, istərsə də dövlət sərnişin daşımalarında ödənişlərin elektron qaydada həyata keçirilməsi nəzərdə tutulur. Bu, həm də ictimai nəqliyyatda gediş haqqının sadəcə “BakıKart” vasitəsilə deyil, istənilən debet və ya kredit kartları vasitəsilə də ödənilməsinə imkan yaradacaq”.

Sadiq Cavadov

www.yenicag.az

206
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv