!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İctimai və dövlət maraqlarının müdafiəsi: Azərbaycanda siyasətin təməli - TƏHLİL

!Reklam – Yazi

Hər bir cəmiyyətin başlıca məqsədlərindən biri ictimai və dövlət maraqlarının qorunmasıdır. Bütün dünyada ictimai marağın hüquqi müdafiəsi sosial ədalət axtarışı çərçivəsində tənzimlənib. Hazırda bu anlayış dünyanın əksər bölgələrində müxtəlif sahələrdə kampaniyaların keçirilməsi, ictimai maraqdan irəli gələn hədəflərə nail olmaq üçün yurisdiksiya mexanizmlərinin istifadəsi, ödənişsiz hüquqi yardım, hüquq sahəsində təhsilin təkmilləşdirilməsi kimi məqamları gündəmə gətirir.

Maraq məfhumu ölkənin tarixindən, mədəniyyətindən, ənənələrindən, dəyərlərindən, siyasi və intellektual elitanın cəmiyyətindən ayrılmazdır. Elə ölkəmizdə də ictimai və dövlət maraqlarının bir-birini tamamlaması təsadüfi deyil. Elə prezident İlham Əliyev öz çıxışlarında da milli maraqlarımızın, ictimai və dövlət maraqlarının üstün tutulmasının vacibliyini qeyd edib.

Prezident İlham Əliyevin uğurla yürütdüyü dövlət siyasətində milli-mənəvi dəyərlərin qorunması əsas yerlərdən birini tutur. Bu gün Azərbaycan cəmiyyəti və dövləti birmənalı olaraq milli maraqların keşiyində dayanır. Milli maraq Azərbaycan xalqının fundamental dəyər və məqsədlərini, həmçinin insan, cəmiyyət və dövlətin tərəqqisini təmin edən siyasi, iqtisadi, sosial və digər tələbatların məcmusudur. Azərbaycan cəmiyyəti ictimai maraq və dövlət marağı məfhumlarının mahiyyətini dərk edən, bu mövqeyi ictimai, siyasi münasibətlərdə və dövlətlə əlaqələrində nümayiş etdirməyi bacaran, formalaşmış bir yetkin cəmiyyətdir.

Unutmaq olmaz ki, diaspor nümayəndələrimiz də beynəlxalq müstəvidə Azərbaycanın dövlət və milli maraqlarının qorunması istiqamətində sistemli siyasət yürütməklə, koordinasiyalı şəkildə vacib addımlar atırlar. Çünki ictimai və dövlət maraqlarının müdafiəsi, sözün bütün mənalarında, həyati əhəmiyyət kəsb etdiyindən bu məsələ cəmiyyət həyatının bütün iştirakçıları üçün öz aktuallığını daim qoruyur. Ölkəmizdə dövlət və cəmiyyət maraqlarının mükəmməl vəhdəti ulu öndər Heydər Əliyevin formalaşdırdığı azərbaycançılıq ideyası çərçivəsində təkmilləşməkdədir.

Mövzu ilə bağlı politoloq Turan Rzayev Yenicag.az-a açıqlamasında bildirib ki, ictimai və dövlət maraqlarının qorunması hər bir cəmiyyətin başlıca məqsədlərindən biridir:

“Çünki bu məsələ hər bir toplum üçün həyati əhəmiyyət kəsb edir. Təsadüfi deyil ki, ictimai və dövlət maraqlarının müdafiəsi məsələləri daim aktuallığını qoruyur. Xüsusilə qeyd etmək lazımdır ki, ictimai maraq fərdi maraq anlayışı ilə əlaqələndirilməməlidir. İctimai maraqları tənzimləyən və müdafiə edən məhz dövlətdir. Müxtəlif ictimai birliklər, qeyri-hökumət təşkilatları hüquqi imkanlarla ictimai maraqların müdafiə edilməsini gerçəkləşdirirlər.

Azərbaycan Respublikasında da dövlət maraqları, ictimai və milli maraqların təmin olunması prioritetdir. Azərbaycan Prezidenti İlham Əliyev bu məsələ ilə bağlı bildirib ki, bizim siyasətimizin təməlində dövlət maraqları, xalqla iqtidar arasında birlik dayanır.

Milli maraq Azərbaycan xalqının fundamental dəyər və məqsədlərini, həmçinin insan, cəmiyyət və dövlətin tərəqqisini təmin edən siyasi, iqtisadi, sosial və digər tələbatların məcmusudur. Nəzərə alsaq ki, müasir Azərbaycan cəmiyyəti intellektual əsaslarda formalaşmış modern bir cəmiyyətdir, o zaman əminliklə söyləyə bilərik ki, Azərbaycan cəmiyyəti ictimai maraq və dövlət marağı məfhumlarının mahiyyətini dərk edir. Son illər prezident İlham Əliyevin rəhbərliyi ilə dövlət maraqlarının qorunması istiqamətində mühüm və vacib addımlar atılıb. Sirr deyil ki, beynəlxalq müstəvidə Azərbaycanın dövlət və milli maraqlarının qorunması istiqamətində sistemli siyasət yürüdülür. Xüsusilə mövcud Ermənistan-Azərbaycan gərginliyinin sonlanması, yekun sülh müqaviləsinin imzalanması və Zəngəzur dəhlizinin açılması məsələlərində görülən işlər, aparılan uğurlu xarici siyasət təqdirəlayiqdir”.

Gülşən Şərif

Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “İctimai və dövlət maraqlarının müdafiəsi” mövzusunda hazırlanmışdır.

www.yenicag.az

4222
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv