!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

İdman federasiyalarına prezident seçilən NAZİRLƏR: "Hansı sahəni bilən biri o quruma rəhbərlik edir?" - Partiya sədri

!Reklam – Yazi

“Nazirlər idman federasiyalarına prezident seçilmələrinə əyləncə kimi baxırlar”.

Bu sözləri Azərbaycanda idman federasiyalarına nazirlərin prezident seçilməsinə münasibət bildirən Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev Yenicag.az-a açıqlamasında deyib.

Hafiz Hacıyev bildirib ki, rəhbərlik etdikləri qurumları yarıtmayan nazirlər idmanı da məhv ediblər:

“Nazirlərə əyləncə lazımdır. Onlara barlar, saunalar, eyş-işrətlər kifayət etmir. Gedib azarlarını idmanda öldürürlər. Ona görə də, idmanımız bu günə qalıb. Koreyadan, Kubadan idmançı gətirib, burda evləndirib, sonra yarışlara buraxırlar. Hansı sahəni bilən biri o quruma rəhbərlik edir? Təhsilimiz çöküb, uçuş qiymətlərindən danışmağa belə gərək yoxdur. Elə vəziyyət yaradıblar ki, gərək Ermənistana gedib, oradan İstanbula uçaq. Hər sahəmiz belədir. Lazımsız adamların hamısı yüksək vəzifələrdədir. Cahangir Əsgərov Azərbaycan Ağır Atletika Federasiyasının prezidentidir. Uçuşları yarıdıb, indi də ağır atletikanı yarıdacaq? Nə vaxt baxırıq, dopinqə görə ağır atletiklərimiz beynəlxalq qurum tərəfindən cəzalandırılır. Belə adamların idmanda nə işi var? Belə adamları tənqid etdikcə də, onlara daha yaxşı vəzifə verirlər.

Parlamentdə oturan deputatlar belə avaraçılıqla, dələduzluqla məşğuldur. Deputatın milyonları xaricdə üzə çıxır. Sonra da çıxıb jurnalistləri təhqir edir. Hansı sahəyə əl atırıq, hamısı problemlidir. Bu məsələlər hamısı Milli Məclisdə müzakirə olunmalıdır. Azərbaycanda da parlament yoxdur, təyin edilmiş deputatlardır. Azərbaycanda mafiya imkan vermir ki, dövlət inkişaf etsin. Bəzi nazirlər, hakimiyyətdə təmsil olunanlar prezidentin ayağının altını qazırlar, çalışırlar ki, ölkədə çevriliş olsun. Ona görə də, nə idmanda, nə də başqa sahələrdə irəliləyiş var”.

Səxavət Məmməd

www.yenicag.az

683
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv