!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

İdman növünün seçilməsində yaş amili

!Reklam – Yazi

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri cənab Vasif Talıbov daima idmanın inkişafına diqqət ayırıb. O, Naxçıvanda idmanın inkişaf etdirilməsi məqsədilə xüsusi sərəncam imzalayıb. Naxçıvan şəhəri və Muxtar respublikanın bütün rayonlarında idman avadanlıqları ilə təchiz olunmuş müasir Olimpiya kompleksləri tikilib, idmançıların və bütün əhalinin istifadəsinə verilib. Hal-hazırdada sədrimiz diqqət və qayğısı nəticəsində idman günü-gündən inkişaf edir.

Bəs yaradılmış bütün bu şəraitdən necə istifadə olunmalıdır ki, yüksək səviyyədə peşəkar idmançılar və ümumilikdə idmanla düzgün məşğul olan sağlam nəsil yetişdirə bilək. Uşaqlar nə vaxt və necə idmanla məşğul olmalıdırlar?

Əgər biz tam sağlam, dünya görüşlü, müasir dövrün standartlarına cavab verən nəsillər yetişdirmək istəyiriksə ailədə uşaqların əqli, estetik, ümumi tərbiyəsi ilə yanaşı, fiziki inkişafı üçün də şərait yaradılmalıdır. Valideynlər öz uşaqlarının sağlamlığını möhkəmləndirmələrinə, çevik, qüvvətli olmalarına kömək etməlidirlər. Amma unutmaq olmaz ki, hər bir səhədə olduğu kimi idman sahəsindədə həddən artıq məşq və düzgün təşkil olunmamış fəaliyyət saölamlığa yox faciəyə gətirib çıxarda bilər. Dahi Nizami Gəncəvi demişkən: “Bir inci saflığı varsada suda, artıq içiləndə dərd verər oda. Fiziki inkişafın düzgün təşkili üçün fiziki tərbiyə müəllimləri ilə sıx əlaqə saxlanılmalıdır. Həmçinin idmana başlamazdan əvəl uşağın sağlamlığının yoxlanılması zəruridir. Yalnız bundan sonra uşaq yaşına və orqanizminin tələblərinə uyğun idman növü ilə məşğul ola bilər.
Bir çox mütəxəssisin fikrincə ailədə uşaqların fiziki tərbiyəsi aşağıda göstərilən forma əsasında təşkil edilir:

1. Səhər gigiyenası, gimnastika məşğələsi 6-7 umuminkişaf etdirici hərəkətlərdən ibarət olmaqla hər gün icra edilir;

2. Uşaqların boş vaxtlarında ev şəraiti nəzərə alınmaqla, müəllim tərəfindən verilmiş kompleks hərəkət elementləri texnikasının icrası. Bura açıq havada müxtəlif idman alətləri ilə hərəkət, idman oyunları elementləri və müxtəlif oyun forması daxil edilməklə icra olunur;

3. Yorğunluğu çıxarmaq məqsədi ilə bir neçə kompleks hərəkətlər verilir. Xüsusilə, tənəffüslə əlaqədar ümumi inkişafetdirici hərəkətlərdən istifadə olunur.
Kiçik yaşlı uşaqların inkişafında əsasən mütəhərrik oyunlardan istifadə olunur. Bu oyunlar uşaqları təkcə fiziki olaraq sağlamlaşdırmır, həmdə, onlarda vətənə məhəbbət, kollektivçilik, hərbi bacarıqlar kimi bir çox müsbət keyfiyyətləri aşılayır. Bu səbəbdən uşaqların məktəbəqədər dövürdə və ibtidai sinifdə öz yaşına uyğun mütəhərrik oyunlarla məşğul olması təkcə idman mütəxəssisləri tərəfindən deyil, psiixoloqlar tərəfindəndə tövsiyə edilir.
1974-cü ildə Ümummilli lider Heydər Əliyev idmanın uşaqlar üçün necə əhəmiyyətli olduğunu öz çıxışında xüsusilə qeyd etmişdir: “Uşaqlar, oğlan və qızlar məhz məktəbdə ümumtəhsil fənləri üzrə bilik əldə etməklə yanaşı, fiziki cəhətdən də inkişaf etməli, orada hər bir oğlan və qıza bütün ömrü boyu bədən tərbiyəsi və idmana məhəbbət bəsləmək duyğusu aşılanmalıdır. Hər bir şagird başa düşməlidir ki, insan fiziki cəhətdən mətinləşmədən nə istehsalatda, nə elmdə, nə də mədəniyyətdə yüksək zirvələr fəth edə bilməz”.
Bəli, fiziki cəhətdən hazır olmayan bir insan əqli cəhətdən nə qədər inkişaf etmiş olsa da, yenə özündə çatışmamazlıq hiss edəcək.
Bəs uşaqlar idmana necə, hansı yaşda və ən əsası hansı idman növü ilə başlamalıdırlar ?
Bu barədə bir çox müxtəlif dünya təcrübələri mövcuddur. Buna misal olaraq alman təcrübəsini göstərmək olar. Bu bir qədər yeni təcrübədir. Belə ki, Uşaq 14 yaşına qədər üzüçülük, gimnastika və yüngül atletika ilə məşğul olur, 14 yaşına çatdıqda isə artıq komanda idman növləri və yaxud karate, cüdo, güləş, boks kimi yüksək gərginlik tələb edən idman növləri arasından seçimini edir. Ümumiyyətlə kiçik yaşda zədə xarakterli və yaxud hədddən artıq orqanizmə ağır gələ biləcək idman növləri ilə məşğul olmaq düzgün hüsab olunmur. Düzgün seçilməmiş idman növü sağlamlıq yox, yalnız fəlakət gətirə bilər. Belə idman azyaşlının əzələ aparatına zərbə vura bilər, nəticədə qısa boyluluq yarana bilər.Həmdə, kiçik yaşda alınmış zərbə ömür boyu davam edəcək fiziki və əqli qüsurlara gətirib çıxara bilər. Bir çox idman mütəxəssisinin, psixoloqun və həkimin yekdil fikrinə görə idmanın yaşa uyğun bölgüsü aşağıdakı kimi ola bilər:

İdman növünün başlama yaşı:
Yüngül atletika 10-12 yaş
Basketbol 7-8 yaş
Boks 14 yaş
Velosiped 14-15 yaş (profesional velosiped nəzərdə tutulur)
Gimnastika 6-7 yaş
Xizək 6-7 yaş
Futbol 10-12 yaş
Üzmə 3-7 yaş
Cüdo 8-10 yaş

Ümumiyyətlə 14 yaşdan əvvəl boks, ağırlıqqaldırma kimi idman növləri ilə məşğul olmaq məqsədə uyğun hesab olunmur. Çünki sümük inkişafı hələ tamamlanmamıştır və bədənə ağırlıq salan bu idman növü bədən üçün zərərli ola bilər. Xüsusilə bu dövrdə uşağın başlayacağı idmana, fiziki quruluşunun uyğun olub olmadığı çox əhəmiyyətlidir.

Gənclik dövrü komanda işinə istiqamətli idman növü üçün uyğundur. Ancaq seçilən idmana bağlı olaraq tək istiqamətli məşqlərin edilməsi doğru deyil. Bu vəziyyət, uşağın skelet sistemi üçün mənfi təsir yarada bilər. Çünki skelet sistemi çox həssasdır, böyümə valları deyilən boy uzanma və inkişaf valları, yüklənmədən və zədələrdən mənfi təsirlənə bilər. Bunun üçün ailələr 14 yaşından əvvəl qız ya da oğlan uşaqlarının ağırlıqlarla işinə icazə verməməlidir. Bu dövrlərdə qətiliklə ağırlıq və qüvvət məşqləri edilməməlidir. 2-3 yaş: Qaçma, tutma və tullanma kimi təməl hərəkətləri edə bilirlər. Bu səbəbdən bunları ehtiva edən bağçada qaçma, getmə, rəqs etmə, suda nəzarət altında oynama və təcrübəli kəslər yoldaşlığında gimnastika təhsili ola bilər. 4-6 yaş: Rəqs, üzmə, gimnastika, ip atlama və üç təkərli velosipedə minmək kimi idmanlar idealdır.7-10 yaş: Gimnastika, üzmə, futbol, basketbol, voleybol, həndbol, velosiped, tennis və üzmə kimi idmanlarla əlaqədar təməl təhsilə yönləndirilə bilər. 10 yaş və yuxarı: Əvvəlki yaşlarda başladıqları idmanları daha mütəşəkkil olaraq etməyə davam edərkən, atletizm, güləşi başlaya bilər. Bir neçə il sonra isə güc tələb edən boks, tekvando və karateyə də keçə bilərlər.

Əgər uşağınızın profesional idmançı kimi yetişməsini istəyirsinizsə, bu yolun uzun və bir qədər çətin olduğunu başa düşməlisiniz. Tələskənlik bu işdə xeyir gətirə bilməz. Unutmayın, idman bir mədəniyyətdir, bir həyat tərzidir. Bu yolda verilən qərarlara mütləq diqqət olunmalıdır. Və mütləq bir mütəxəssislə məsləhətləşilməlidir. İdman sağlamlığın rəmzidir ! Bunu uğursuzluğa və bədbəxtliyə çevirməyək.

Ağayeva Xatın Elşad qızı
Naxçıvan Müəllimlər İnstitunun “Ümumi fənlər” kafedrasının müəllimi
[email protected]

www.yenicag.az

670
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv