!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

İdmançımız AÇ-də bürünc medal qazandı

!Reklam – Yazi

Azərbaycan taekvondoçusu Zemfira Həsənzadə Rumıniyanın paytaxtı Buxarestdə keçirilən 21 yaşadək idmançılar arasında Avropa çempionatında bürünc medal qazanıb.

Yenicag.az xəbər verir ki, 46 kq çəki dərəcəsində çıxış edən yığma üzvü fəxri kürsünün üçüncü pilləsinə qalxıb.

Həsənzadə ilk döyüşündə finlandiyalı Ada-Emilya Tammilanı məğlub edib. O, ardınca Culia Qalero (İtaliya) və Melina Georgiuya (Yunanıstan) da qalib gələrək yarımfinala yüksəlib. Taekvondoçu bu mərhələdə ispaniyalı Sofia Qarsiyaya uduzaraq üçüncü olub.

Qeyd edək ki, komanda səfərə kişilərdən ibarət millinin baş məşqçisi Məmməd Abdullayev, böyük məşqçi Zahid Məmmədov və qadınlardan ibarət yığmanın baş məşqçisi Sun Mi Parkın rəhbərliyi altında yollanıb.

www.yenicag.az

164
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv