!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

İdmançımız Moldovada üç qızıl medal qazandı

!Reklam – Yazi

Azərbaycanın yeniyetmə ağırlıqqaldıranı Hüseyn Heydərov Moldovanın paytaxtı Kişineuda keçirilən Avropa çempionatında üç qızıl medal qazanıb.

Yenicag.az xəbər verir ki, yaşı 15-ədək olan oğlanlar arasında 81 kq çəki dərəcəsində mübarizə aparan idmançı birdən qaldırmada 118 kq-ın öhdəsindən gəlib və bu hərəkətdə Avropa birincilyinin qızıl medalına sahib çıxıb.

O, təkanla qaldırmada da uğurlu çıxışla yadda qalıb. Heydərov 139 kq-ı ram edib və bu hərəkətdə də Avropanın ən yaxşısı olub.

Toplam 257 kq (118+139) nəticə göstərən ağırlıqqaldıran yekun sıralamada da qızıl medal qazanaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

www.yenicag.az

238
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv