Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Qarabağ FC

“İdmanda terror” mövzusunda dəyirmi masa təşkil edildi - FOTO

Reklam: High Technic

Azərbaycan Respublikasında idman siyasətinin inkişafı, ölkəmizdə keçirilən beynəlxalq yarışların təhlükəsizliyinin təminatı dünya aparıcı idman qurumları tərəfindən yüksək qiymətləndirilir. Bu da öz növbəsində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkəmizdə idmanın inkişafı istiqamətində apardığı uğurlu siyasətin nəticəsidir.

Yenicag.az Azsport.az-a istinadən xəbər verir ki, yeni çağırışları, beynəlxalq təcrübədən irəli gələn məsələləri, ölkəmizdə idmanın təhlükəsizliyinin təminatını nəzərə alaraq bu gün Gənclər və İdman Nazirliyi, Hüquq və mühafizə orqanlarının dəstəyi ilə Bakı şəhər Gənclər və İdman İdarəsində “İdmanla terror” mövzusunda dəyirmi masa keçirilib.

Tədbirdə Baş İdarənin rəisi Raqif Abbasov çıxış edərək qonaqlarını salamlamış və tədbirin mahiyyəti haqqında danışaraq, belə tədbirlərin gələcəkdə də keçirilməsinin vacibliyini vurğulamışdır.

Sonra Hüquq və mühafizə orqanlarının eksperti hazırlanmış slaydlar vasitəsilə dəyirmi masa iştirakçılarına geniş məlumat vermişdir.

Tədbirdə Bakı şəhərinin rayon Gənclər və İdman İdarələri, federasiya rəsmiləri, klub və cəmiyyətlərin məşqçi, hakim və idmançıları iştirak etmişdir.

Sonda dəyirmi masa iştirakçılarını maraqlandıran suallar eksperti tərəfindən cavablandırılmışdır

www.yenicag.az

409