!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İdxal, yoxsa istehsal ucuz başa gəlir?: "Xırda detalı belə xaricdən gətirilən yerli avtomobillərin keyfiyyəti..." - RƏY

!Reklam – Yazi

“Bəzi hallarda avtomobillərin idxalının daha ucuz başa gəldiyinin şahidi ola bilərik”.

Bu sözləri ölkədə istehsal olunan avtomobillərin ƏDV-dən azad olunmasına münasibət bildirən iqtisadçı ekspert Eldəniz Əmirov Yenicag.az-a açıqlamasında qeyd edib.

O bildirib ki, bu məhsulların nüfuz qazanmasını istəyiriksə, yığım prosesində diqqətli olmaq önəmlidir:

“Azərbaycanda istehsal edilən minik avtomobillərinin ƏDV-dən azad olunması müsbət cəhətlərlə yanaşı mənfi nüansları vardır. Müsbət tərəfləri yeni iş yerlərinin açılması, sənayə fəaliyyətinin olması kimi faydalarını qeydə almaqla yanaşı mənfi cəhətlərinə də nəzər salmaq lazımdır.

Belə ki, zatən bu sahədə gəlirlərin formalaşmasında bütün parametrlər özəl subyektlərə dayanır. Xüsusən də bunu qeyd etmək lazımdır ki, istehsal olunan avtomobillərin boltlarına qədər bütün detalları idxal məhsullarıdır. Yalnız bu avtomobillərin şüşə silənlərinə tökülən su və təkərlərinə vurulan hava Azərbaycana aid olacaq.

Nəticə etibarilə bu detalların alışı üçün ölkədən kifayət qədər böyük həcmdə valyuta çıxacaq. Bu qədər hissələrin alınması elə avtomobilin özünün alınması kimi bir şeydir. Bunun fonunda bəzi hallarda avtomobillərin xaricdən idxalının daha ucuz başa gəldiyinin şahidi ola bilərik. Əlavə olaraq da burada keyfiyyət məsələləri vardır. Bütün hallarda bu prosesin özünü doğrultması o qədər də gözlənilən deyil.

Təcrübə onu göstərir ki, ölkəmizdə yığılan avtomobillər hədsiz dərəcədə keyfiyyətsiz olur. Bəzi hallarda istehlak müddəti 1 ili keçmədən müəyyən hissələrdə nasazlıq müşahidə olunur. Şəxsən bu avtomobillərin istifadəçilərindən şikayətlər eşitmişəm. Bu baxımdan detallar xaricdən gəlməsinə baxmayaraq yığım prosesində son dərəcədə diqqətli olmaq lazımdır. Əgər maşının fəaliyyəti 1-2 illik nəzərdə tutulubsa, bunu nəzərə almaq olar. Lakin söhbət məhsulun Azərbaycan brendinə çevrilməsindən gedirsə, heç olmasa detalların yığılma prosesində yüksək keyfiyyət olmalıdır. Əks halda bu layihənin uğur qazanması şübhə altında olacaq”.

Yusif Səmədzadə

www.yenicag.az

372
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv