!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İƏT-nin Baş katibi Azərbaycana başsağlığı verdi

!Reklam – Yazi

İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi Hiseyn Brahim Taha Xocalı soyqırımının 31-ci ildönümü ilə bağlı Azərbaycana başsağlığı verib.

Yenicag.az xəbər verir ki, bu barədə təşkilatın rəsmi saytı məlumat yayıb.

“Azərbaycan Respublikasının Xocalı şəhərindəki soyqırımının anımının 31-ci ildönümü münasibətilə İƏT-in Baş katibi Hiseyn Brahim Taha 1992-ci il qətliamında həyatını itirənlərlə bağlı başsağlığı verir. Xocalı hadisəsi Ermənistan Respublikası tərəfindən Azərbaycan ərazilərinin qanunsuz işğalının nəticəsidir.

2013-cü ildə Qahirədə keçirilən İslam Zirvə Toplantısının 12-ci Sessiyasında qəbul edilmiş Qahirə Yekun Kommunikesi və təşkilatın XİN rəhbərlərinin 48-ci Sessiyasında qəbul edilmiş “1992-ci il Xocalı qırğını qurbanları ilə həmrəylik” qətnaməsi işğal altında olan Xocalı şəhərində mülki azərbaycanlı əhaliyə qarşı törədilən kütləvi vəhşilikləri hərbi cinayətlər, insanlığa qarşı cinayətlər və soyqırımı kimi tanıyıb”, – məlumatda bildirilib./Oxu.az/

www.yenicag.az

373
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv