!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İfşa edilən məmur SƏRİŞTƏSİZLİYİ: "Gözləyirlər ki, hər şeyi ölkə başçısı etsin" - ETİRAZ

!Reklam – Yazi

Bakının mərkəzində piyadalar üçün nəzərdə tutulmuş səki avtomobil dayanacağına çevrilib. Məsələ ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətindən verilən məlumata görə, prezident İlham Əliyevin tapşırığına əsasən, ağacların qanunsuz kəsimi və qeyri-qanuni parklanma yerinin yaradılması ilə bağlı müvafiq araşdırmalara başlanılıb.

Mövzu ilə bağlı nəqliyyat eksperti Elməddin Muradlı öz fikirlərini Yenicag.az-la bölüşüb.

Elməddin Muradlı bildirib ki, sözügedən məsələdə cavabdeh olan qurumların məsuliyyətsizliyinin qarşısı alınmalı və kəsilən ağaclar yenidən yerinə əkilməlidir:

“Bakı şəhərində hərəkətin təşkili və təhlükəsizliyi bir neçə qurumun nəzarəti altındadır. Bu qurumlara Bakı Nəqliyyat Agentliyi, Dövlət Yol Polisi, eyni zamanda, Bakı Şəhər İcra Hakimiyyəti, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, bələdiyyələr daxildir. Vətəndaş yolun kənarına çöp qoyanda belə müvafiq qurumlar adamın başının üstünü kəsdirsə də, şəhərin mərkəzində kiminsə ağacları kəsərək parkinq düzəltməsinə göz yumulur. Bu, təəssüf doğuran amildir. Deməli, həmin qurumlar proseslərə düzgün nəzarət edə bilmirlər. Ona görə də həmin qurumlar barədə ciddi tədbirlər görülməlidir.

Qurumlar digər işlərdə necə aktiv olurlarsa, yol hərəkəti təhlükəsizliyində də məsuliyyətli olmalıdırlar. Qurumlar gözləyir ki, ən xırda problemə belə öncə ölkə başçısı reaksiya versin. Baxmayaraq ki, həmin məmurları elə ölkə başçısı təyin edib. Onlar xalqın qulluqçusudur. Necə ki ölkə başçısı xalqın xidmətçiləri olduqlarını qeyd edir. Məmurlar bu xalqa necə xidmət edir?! Hər şeyi prezident etməlidir?! Məmurların nə işlə məşğul olduqları məlum deyil. Sözügedən qanunsuz parkinq məsələsində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin üzərinə böyük yük düşür. Çünki nazirlik ağacların kəsilməsini nəzarətdə saxlamayıb. Eyni zamanda, hərəkətin təşkilinə və təhlükəsizliyinə cavabdeh olan Bakı Nəqliyyat Agentliyi hara baxır?! Ölkədəki bəzi məsələlərdə qanun işləmir. Çünki kimlərinsə şəxsi maraqları üstün tutulur. Həmin şəxslər üzə çıxaraq üzr istəməlidirlər və kəsilən ağacların yerinə yeniləri əkilməlidir”.

Gülşən Şərif

www.yenicag.az

571
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv