!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İğdır-Naxçıvan BORU KƏMƏRİ: "Oradakı vətəndaşlarımızın qazla bağlı problemləri...” - EKSPERT

!Reklam – Yazi

“Həmin məqam müsbət faktorlardan biridir ki, verilən strateji qərarların icrası dərhal həyata keçirilir”.

Bu sözləri İğdır-Naxçıvan qaz boru kəmərinin təməlqoyulmasına münasibət bildirən iqtisadçı-ekspert Asif İbrahimli Yenicag.az-a açıqlamasında qeyd edib.

O bildirib ki, həyata keçirilən qaz nəqli Türkiyəyə ötürülən Azərbaycan qazın yenidən həmin ölkə vasitəsilə Azərbaycana ötürülməsi deməkdir:

“Bildiyimiz kimi Naxçıvan Azərbaycanın anklav ərazisi sayılır və buranın ölkənin əsas əraziləri ilə birbaşa coğrafi bağlılığı olmadığına görə elektrik və təbii qaz təhcizatları bir çox hallarda Türkiyə və İrandan təmin edilir. Bu məsələ 2022-2027-ci illəri əhatə edən Naxçıvanın proqramnda da qeyd edilib. Belə proqramda qeyd edilən illərdə Muxtar Respublikada qaz təhcizatının tamamilə təmin edilməsi vurğulanıb.
Bu günə qədər təbii qazın böyük bir hissəsi İrandan alınırdı. Artıq bu istiqamətdə alternativ yaradılıb. Bunun sayəsində risklər parçalanmağa başlayıb. Eyni zamanda bu, Türkiyəyə ötürülən Azərbaycan qazının yenidən həmin ölkə vasitəsilə Azərbaycana ötürülməsi deməkdir.

Haqqında danışılan boru kəməri gündə 2 milyon kubmetr qaz tədarükü etmək qabiliyyətinə malikdir. İl ərzində isə 730 milyon kubmetr nəql etmək mümkün olacaq. Bu da Naxçıvanın tələbatının qat-qat artıq ödənilməsi deməkdir. Bu cür qaz nəqli tətbiq edilərkən yeni texnologiyalardan da istifadə etmək mümkündür. Bu gün belə böyük tədarük həyata keçirən boru kəmərlərinin fəaliyyətini 2 dəfəyədək artırmaq mümkündür. Gələcəkdə zərurət yaranarsa, əlavə texnologiyaların işləməsini də həyata keçirmək olar.

Belə bir qərar 2023-cü ilin əvvəllərində verilib. Sözügedən məqam müsbət faktorlardan biridir ki, verilən strateji qərarların icrası dərhal həyata keçirilir. Artıq boru kəməri işə düşdükdən sonra Naxçıvandakı vətəndaşlarımızın qazla bağlı hər hansısa problemləri qalmayacaq”.

Yusif Səmədzadə

www.yenicag.az

384
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv