!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

III qrupa edilən dəyişikliyin doğurduğu NARAZILIQ: "Qərar avqust ayında verilə bilərdi"

!Reklam – Yazi

“Əgər III qrupun abituriyentləri Beynəlxalq münasibətlər və regionşünaslıq ixtisaslarında oxumaq istəməsələr, bu halda coğrafiya fənnini seçməyə bilərlər”.

Bunu III ixtisas qrupunda coğrafiya fənninin əlavə edilməsinin cəmiyyətdə birmənalı qarşılanmamasının səbəblərini dəyərləndirən təhsil eksperti Elçin Əfəndi Yenicag.az-a açıqlamasında deyib.

Ekspertə görə, nəzərdə tutulan dəyişiklik müsbət addımdır:

“Beynəlxalq münasibətlər və regionşünaslıq ixtisasları əvvəllər III ixtisas qrupunda idi. Lakin sonradan II ixtisas qrupuna keçirildi. Coğrafiya fənni ilə bağlı hazırkı dəyişiklik növbəti ildən həyata keçiriləcək. Əgər III qrupun abituriyentləri Beynəlxalq münasibətlər və regionşünaslıq ixtisaslarında oxumaq istəməsələr, bu halda coğrafiya fənnini seçməyə bilərlər. Yəni, III ixtisas qrupuna daxil olan ixtisasların dil-tarix (DT) və tarix-coğrafiya (TC) altqrupu var. Hüquqşünas, Azərbaycan dili və ədəbiyyat müəllimi olmaq istəyən abituriyent birbaşa DT altqrupunu seçə bilər.

Qeyd olunan dəyişikliyin digər müsbət cəhəti odur ki, əvvəlki dövrlərdə II qrup ixtisas seçimində kifayət qədər boş yer qalırdı. Çünki əksəriyyət Beynəlxalq münasibətlər və regionşünaslıq ixtisaslarına üstünlük verirdi. Hər il III ixtisas qrupunda 3000-5000 nəfər abitutiyent müsabiqədən kənarda qalırdı. Artıq növbəti illərdə kəsilən abitutiyentlərin sayı azalacaq. Həmçinin qeyd olunan ixtisasların prestiji artacaq. Bu dəyişikliyin birmənalı qarşılanmamasının səbəbi qərarın gec verilməsi ola bilər. Ən azından qərar avqust ayında verilsəydi, abituriyentlər sentyabr ayından hazırlaşa bilərdilər”.

Gülşən Şərif

www.yenicag.az

606
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv