!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İİV-ə yoluxmuş qadın sağlam uşaq dünyaya gətirə bilər? - AÇIQLAMA

!Reklam – Yazi

“İİV-ə yoluxmuş qadın sağlam uşaq dünyaya gətirə bilər. Burada mühüm olan hamilə qadında virusun vaxtında aşkarlanıb antiretrovirus müalicəsinə başlamasıdır”.

Yenicag.az xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi “Instagram” hesabında Səhiyyə Nazirliyi Respublika QİÇS ilə Mübarizə Mərkəzinin direktor müavini Günəş Cəfərova açıqlayıb.

G.Cəfərova qeyd edib ki, İİV-ə yoluxmuş anadan uşağa bətndaxili inkişaf dövründə və ya ana südü ilə xəstəliyin keçməsi mümkündür:

“Vurğulamaq istərdim ki, İİV-in yoluxmanın qarşısının alınmasında anadan uşağa ötürülməsində ilk növbədə profilaktikanın böyük əhəmiyyəti var. Bu istiqamətdə də hazırda ölkəmizdə uğurlu tədbirlər görülür. Demək olar ki, son 5 il ərzində ölkəmizdə qeydiyyatda olan İİV-lə yaşayan hamilə qadınlardan virusun anadan uşağa ötürülmə halları qeydə alınmayıb. Belə ki, vaxtında aşkarlanan və Respublika QİÇS ilə Mübarizə Mərkəzində qeydiyyata götürülüb ARV-terapiya proqramına qoşularaq müalicə qəbul edən bütün hamilələr daim mərkəzin mütəxəssislərinin nəzarəti altında olurlar və sağlam uşaq dünyaya gətirirlər”.
Onun sözlərinə görə, İİV-ə yoluxan hamilə qadınlara qeysəriyyə əməliyyatına üstünlük verməsi və ana südü ilə qidalandırmadan mütləq şəkildə çəkinmələri tövsiyə olunur:

“Çünki təbii doğuş zamanı dölün doğuş yollarından və ana südü ilə yoluxması mümkündür. Doğulduqdan sonra da bütün yenidoğulmuşlar mərkəzin pediatrının nəzarətinə götürülür və onlara da anadan uşağa ötürülmənin profilaktikası aparılır”.

www.yenicag.az

249
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv