!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İki daş arasında qalan İrəvan: "Rusiyanın zəifləməsi fonunda Ermənistanın Qərbə üz tutması..."

!Reklam – Yazi

“Təşəbbüskar mövqedə çıxış edən və üçtərəfli bəyanatı ilk imzalayan Rusiya Ermənistanın yerinə yetirmədiyi öhdəliklərə görə təzyiq göstərmədi”.

Bunu Rusiyanın Ermənistanla Azərbaycan arasındakı münasibətlərə təsiri haqqında danışan politoloq Vüqar Qədirov Yenicag.az-a açıqlamasında deyib.

O bildirib ki, Ukraynada arzuladıqlarını həyata keçirə bilməyən Rusiyanın zəifləməsi fonunda Ermənistanın Qərbə üz tutması rəsmi Moskvanı narahat edir:

“Vardanyanın istefası onsuz da gündəmdə idi. O, Azərbaycana aid olan hissədə separatizmi maliyyələşdirmək və dəstəkləmək, Rusiyanın maraqlarını təmin etmək üçün bölgəyə gəlmişdi. Vardanyanın Qarabağda lövbər salması Ermənistanda Paşinyan hökuməti üçün təhlükə idi. Bu təhlükə hələ də davam edir. Ermənistandakı rus hərbi bazası və Qarabağdakı sülhməramlı qoşunları Rusiyanın Vardanyan amilindən hər an istifadə edə biləcəyini deməyə əsas verir.

Prezident İlham Əliyevin atdığı addımlar və Paşinyanın Qərbə meyilli olması Vardanyanın vəzifəsindən uzaqlaşdırılmasına səbəb oldu. Azərbaycanlı ekoaktivistlərin üç aya yaxındır Xankəndi-Laçın yolunda keçirdiyi aksiyaların davam etməsi Ermənistanın hələ də Azərbaycanın tələblərini yerinə yetirmədiyini deməyə əsas verir. Ukraynada arzuladıqlarını həyata keçirə bilməyən Rusiyanın zəifləməsi fonunda Ermənistanın Qərbə üz tutması Rusiyanın xoşuna gəlmir.

Lavrovun Vardanyanın istefasından sonra Bakıya gəlməsi Rusiyanın “Azərbaycanla istənilən kompromisə gələ bilərik” mesajıdır. Təşəbbüskar mövqedə çıxış edən və üçtərəfli bəyanatı ilk imzalayan Rusiya Ermənistanın yerinə yetirmədiyi öhdəliklərə görə təzyiq göstərmədi. Ona görə Rusiya tərəfindən münaqişəylə bağlı müsbət addımın atılacağını düşünmürəm. Zəifləmiş Rusiya fonunda Ermənistana təzyiq göstərib Zəngəzur dəhlizinin açılması mümkünsüz görünür”.

Nəsimi Ələsgərli

www.yenicag.az

519
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv