!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

İki dəfə komaya düşən xalq artisti: “Bilirəm, ölüm nə olan şeydir”

!Reklam – Yazi

“Bir də görürsən, hansısa insanın bəxti gətirir, yüzilliyini qeyd edir”.

Yenicag.az xəbər verir ki, bu sözləri xalq artisti Faiq Ağayev “Yaşananlar” verilişində deyib.

Sənətçi həyatında baş verən ağır hadisələrdən danışıb və iki dəfə komaya düşdüyünü bildirib:

“İki dəfə koma keçirən adamam, buna görə də yaşamağı çox sevirəm. Ölümdən qorxmuram. Təqribən bilirəm ki, ölüm nə olan şeydir.

Yaşamaq çox şirindir. Bir də görürsən, hansısa insanın bəxti gətirir, yüzilliyini qeyd edir. Nəvələri, nəticələri başına yığışıb deyir, ay nənə, ay baba, nə yaxşı yüz il yaşadın.

O, heç kimə olmasa da, özü-özünə deyir ki, kaş bir il də yaşayaydım. Bu dünyada hər bir canlının ən böyük istəyi yaşamaqdır. Biz sənətlə yaşamaq hissini dolğunlaşdırırıq. O insanlara səbəb veririk”.

Nehru.

www.yenicag.az

568
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv