!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İki əsr cavanlaşan Azərbaycan hakimiyyəti

!Reklam – Yazi

11 apreldə keçirilən prezident seçkilərində rəqiblərinə böyük üstünlüklə qalib gələn dövlət başçısı İlham Əliyevin yeni hökümətdə bir sıra dəyişiklər edəcəyi gözlənilən idi.

Yenicag.az xəbər verir ki, andiçmə mərasimindən sonra prezidentin sərəncamına əsasən uzun müddət kreslo sahibi olanların bir çoxu təqaüdə göndərildi.

Ən önəmli dəyişiklik isə baş nazir postu ilə bağlıdır. 22 il baş nazir olan 83 yaşlı Artur Rasi-zadə özündən 12 yaş kiçik olan Novruz Məmmədovla əvəzləndi.

Yeni hakimiyyət dönəmində Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov “İstiqlaliyyət” küçəsi ilə vidalaşmalı oldu. Lakin 73 yaşlı mer işsiz qalmadı. O, “İstiqlaliyyət” küçəsindən “Lermantov”a köçərək baş nazirin müavini oldu.

Baş nazirin digər müavinləri – Elçin Əfəndiyev (74 yaş), Abid Şərifov (78), İsmət Abbasov (68 yaş) da yeni hökümətdə yer almayanlar sırasındadır.

Bəs, görəsən, hakimiyyət nə qədər cavanlaşdı?

Prezidentin yeni təyin etdiyi kənd təsərrüfatı naziri İnam Kərimovun 40 yaşı var. O, 58 yaşlı sələfi Heydər Əsədovdan xeyli cavandır. Əsədovun vəzifədə qalma müddəti isə 5 ildir.

Yeni təhsil naziri Ceyhun Bayramov isə 1973-cü ildəndir. 2013-cü ildən nazir müavini olan 45 yaşlı Bayramov da cavan məmurlardan hesab olunur. Təhsil Nazirliyindən Vergilər Nazirliyinə “perevod” alan Mikayıl Cabbarovun da siyasətin cavanlarındandır.  Bu səbəbdən Ceyhun Bayramovu sabiq Misir Mərdanov arasında 26 yaş fərq var.

Diasporla İş üzrə Dövlət Komitəsinin öncəki sədri Nazim İbrahimovun 54 yaşı var idisə, yeni rəhbər ondan 16 yaş cavandır. Onu da qeyd edək ki, Nazim İbrahimov sözügedən vəzifədə 10 il qaldı.

Dövlət Gömrük Komitəsinin yeni sədri Səfər Mehdiyev sələfi Aydın Əliyevdən 15 yaş cavandır. Dövlət Miqrasiya Xidmətinin yeni təyin olunan rəisi Vüsal Hüseynov da gənc kadrlardandır. O, 58 yaşlı sələfi Firudin Nəbiyevdən 20 il sonra dünyaya göz açıb.

Edilən dəyişiklərdən biri də “Qaçqınkom”la bağlı oldu. İlham Əliyevin sərəncamına əsasən Əli Həsənovun “Qaçqınkom”dakı 20 illik erası başa çatdı. O, 70 yaşında bu postla vidalaşmalı olsa da, baş nazir müavini olaraq vəzifədə qaldı. Həsənovun xələfi olan Rövşən Rzayevin isə 56 yaşı var.

Ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov isə sözügedən postda 17 il fəaliyyət göstərdi. 62 yaşlı Bağırovu isə 11 yaş cavan Muxtar Babayev əvəzlədi.

Cəmi 5 il əmək və əhalinin sosial müdafiəsi naziri olan Səlim Müslümov isə özündən 19 yaş kiçik Sahil Babayevlə əvəzləndi. Babayev həm də Azərbaycanın ən gənc naziridir.

Yeni yaradılan Dövlət Turizim Agentliyinin sədri Fuad Nağıyevi gəncləşdirmə siyasəti nəticəsində vəzifəyə gətirilənlərdəndir. Onun 43 yaşı var.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Abbas Ələsgərov isə vəzifədə ikən vəfat edib. 81 yaşında vəfat edən Ələsgərovun yerinə təyin olunan yeni sədr Samir Nuriyevin isə 43 yaşı var.

Prezident İlham Əliyevin etdiyi köklü dəyişiklərdən sonra hakimiyyət ümumilikdə 189 il cavanlaşmış oldu ki, bu da iki əsrə çox yaxındır.

Emin Səfərov

www.yenicag.az

3201
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv