!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“İki girovun azad edilməsi HƏMAS və İsrail arasında danışıqlara təkan verib” – “Reuters”

!Reklam – Yazi

“Bu gün iki girovun azad edilməsi HƏMAS və İsrail arasında danışıqları irəli apara bilər”.

Yenicag.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi ABŞ prezidenti Co Baydenin administrasiyasının yüksək vəzifəli məmuruna istinadən məlumat yayıb.

Bildirilir ki, ötən gün HƏMAS-ın iki girovu azad etməsi danışıqlara təkan verib.

Agentliyin həmsöhbətinin sözlərinə görə, bir neçə mühüm ziddiyyət hələ də həllini tələb etsə də, “demək olar ki, razılıq əldə olunub”.

“İsrailin radikal HƏMAS hərəkatı tərəfindən saxlanılan girovların azad edilməsi şərtləri ilə bağlı danışıqlar aparan müzakirəçilər əhəmiyyətli irəliləyiş əldə ediblər”, – “Reuters” qeyd edib.

Bazar günü səhər Bayden İsrailin baş naziri Benyamin Netanyahu ilə telefonla danışıb. O, digər məsələlərlə yanaşı, Qəzza zolağının cənubundakı Rəfah şəhərində sığınan mülki əhalinin təhlükəsizliyini təmin etmək üçün plana ehtiyac olduğunu deyib.

Xuraman Etibarlı

www.yenicag.az

164
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv