!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İki ölkə arasında anten qovğası: Rusiya səfiri XİN-ə çağırıldı

!Reklam – Yazi

Rusiya ilə Moldova arasında növbəti diplomatik böhran yetişir.

Yenicag.az lenta.ru-ya istinadən xəbər verir ki, Rusiyanın Moldovadakı səfirliyinin binasının damında anten quraşdırılması rəsmi Kişinyovun narazılığına səbəb olub.

Məlumata görə, vurğulanan anten Moldova hökumətində casusluq şübhəsi doğurub və bu səbəbdən Rusiyanın ölkədəki səfiri Oleq Vasnetsovun Xarici İşlər Nazirliyinə (XİN) çağırılması qərara alınıb.

Qeyd olunur ki, səfirliyin inzibati binasında və rusiyalı diplomatların istifadəsində olan yaxınlıqdakı binanın damına ümumilikdə 28 peyk anteni, o cümlədən qəbuledici-ötürücü avadanlıqlar quraşdırılıb.

Moldova mediası Rusiya səfirliyinin həmin anten və avadanlıqlardan casusluq məqsədi ilə istifadə etdiyini yazır.

Ölkə XİN-i isə hər hansı dövlətin Moldova ərazisində casusluq fəaliyyəti göstərməsinin və daxili işlərinə müdaxilə etməsinin yolverilməz olduğunu bildirib.

www.yenicag.az

270
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv