!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İki ölkə prezidenti İlham Əliyevə məktub göndərdi

!Reklam – Yazi

Qazaxıstan Prezidenti Nursultan Nazarbayev Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

Yenicag.az məktubun mətnini təqdim edir:

“Hörmətli İlham Heydər oğlu.

Doğum gününüz münasibətilə səmimi təbriklərimi qəbul edin.

Əminəm ki, Sizin ali dövləti fəaliyyət sahəsində çoxillik təcrübəniz, xalqınızın rifahının yaxşılaşdırılmasına yönəlmiş gərgin səyləriniz bundan sonra da Azərbaycanın firavanlaşmasına və davamlı inkişafına sanballı töhfə verməkdə davam edəcək.

İnanıram ki, Astana ilə Bakı arasında çoxəsrlik ənənəvi dostluq münasibətləri qardaşcasına strateji tərəfdaşlıq əsasında, habelə ölkələrimizin xalqlarının rifahı naminə bundan sonra da dinamik şəkildə inkişaf edəcək.

Hörmətli İlham Heydər oğlu, fürsətdən istifadə edib Sizə möhkəm cansağlığı, tükənməz enerji, məsul dövləti vəzifənizdə yeni uğurlar, qardaş Azərbaycan xalqına sülh və firavanlıq diləyirəm”.

***

Rusiya Federasiyası Dağıstan Respublikasının rəhbəri Vladimir Vasilyevdən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Məktubda deyilir:

“Hörmətli İlham Heydər oğlu.

Doğum gününüz münasibətilə Sizi ürəkdən təbrik edirəm.

Siz uğurlara imza atmış bir dövlət xadimi kimi Azərbaycan Respublikasında sabitliyin və firavanlığın qarantısınız.

Sizin müdrikliyiniz, uzaqgörənliyiniz və geniş dünyagörüşünüz sayəsində bu gün Azərbaycan Respublikası dinamik inkişaf edən bir dövlətdir.

Əminəm ki, Rusiya Federasiyasının Dağıstan Respublikası ilə Azərbaycan Respublikası arasında çoxəsrlik dostluq tellərinə və qarşılıqlı hörmətə əsaslanan səmimi və mehriban qonşuluq münasibətləri xalqlarımızın mənafeyi naminə bundan sonra da genişlənəcək.

Hörmətli İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı, firavanlıq, Azərbaycan Respublikasının rifahı naminə qarşıya qoyduğunuz məqsədlərə nail olmaqda yeni uğurlar diləyirəm”.

www.yenicag.az

8230
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv