!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İki ölkə razılıq - 50 illik problem həll edildi

!Reklam – Yazi

Kanada və Danimarkanın Arktikadakı Hans adasının bölünməsi ilə bağlı razılığa gəldiyi açıqlanıb.

Kanadanın Şimal İşləri Naziri Dan Vandal 50 ildir davam edən mübahisənin hər iki tərəfin razılığı ilə həll edildiyini bildirib.

Kanadanın Şimal İşləri naziri  Dan Vandal iki ölkə arasında 50 ilə yaxındır davam edən beynəlxalq münaqişənin əldə olunan razılaşma ilə sona çatdığını açıqlayıb.

Kanada hökuməti Arktikadakı Hans adası ilə bağlı sazişi təsdiq edən şura əmri verib.

“Danışıqlar uzun müddətdir ki, davam edir. Əsas odur ki, sövdələşmə əldə olunub”, – Vandal bildirib. Qrenlandiyanın şimal-qərbindəki 1,3 kvadrat kilometrlik qaya adası hər iki ölkənin ərazi sularına daxil olduğu üçün onilliklər ərzində diplomatik mübahisələrə səbəb olub.
Hans adası Kanada və Qrenlandiya arasındakı buzlu sulardan şaquli olaraq 180 metr yüksəlir.

Hər iki ölkənin adadan düz 18 kilometr aralıda olması beynəlxalq hüquq çərçivəsində adaya iddialı olmağa imkan verir.

Hans adası ilə bağlı mübahisə 1973-cü ildə Kanada və Danimarkanın Nares boğazı su yolu üzərində sərhəd yaratmağa çalışdığı vaxta təsadüf edir.

www.yenicag.az

421
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv