!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İki qurumdan əməliyyat: Ekologiyaya zərər verənlər cəzalandırıldılar

!Reklam – Yazi

Ekoloji qaydaların pozulması hallarının qarşısının alınması məqsədilə zəruri tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Bərdə Rayon Polis Şöbəsinin DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarının sanitariya-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə keçirdikləri tədbir zamanı rayonun Nazırlı kəndi ərazisində məişət tullantılarının qalaqlanması halı aşkar edilib. Eyni zamanda, Göyüşlü kəndi ərazisində də analoji qayda pozuntusu aşkarlanıb.
Nazırlı kənd bələdiyyə sədri və digər cavabdeh şəxs olmaqla ümumilikdə iki nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin 271-ci (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi) maddəsi ilə protokol tərtib olunub.

www.yenicag.az

140
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv