!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İki yaşlı körpə bir il nəfəs borusunda sümük parçası ilə yaşayıb - FOTO

!Reklam – Yazi

Bakıda iki yaşlı körpə bir il nəfəs borusunda sümük parçası ilə yaşayıb.

Yenicag.az xəbər verir ki, bu barədə körpəni əməliyyat edən uşaq cərrahı Fuad Hüseynov “Facebook” səhifəsində yazıb.

O qeyd edib ki, iki yaşındakı qız bir il nəfəs borusunda sümük parçası ilə yaşayıb:

“Artıq çətinliklə nəfəs alırdı, xırıltı uzaqdan eşidilirdi. Körpənin bir yaşı olanda balıq yediyini deyirlər və ondan sonra qızdırma öskürək, xırıltı başlayıb. Aparılan bütün müalicələrə baxmayaraq xırıltı, öskürək getdikcə artırdı və tez-tez temperaturu yüksəlirdi. Valideynləri vəziyyətinin getdikcə pisləşdiyini və vəziyyətinin ağırlığı ilə əlaqədar müraciət etdikləri klinikalarda qəbul etmədikləri üçün bizim klinikaya müraciət etdilər. Ciddi risk daşısa da, körpənin rahat nəfəs alması üçün sümüyü nəfəs borusundan çıxarmaq məcburiyyətində idik. Bronxoskopiya işıqlı alətlə nəfəs borusuna girilərək çətinliklə olsa da, sol ana bronxdan sümüyü problemsiz çıxartdıq. Nəhayət ki, 1 ilin sonunda balaca qızımız rahat nəfəs almağa başladı”.

www.yenicag.az

353
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv