Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

İkiekranlı televizor təqdim edildi - İlk dəfə

Dünyada ilk dəfə ikiekranlı televizor təqdim edilib.

Yenicag.az xəbər verir ki, “Hisense” şirkətinə məxsus ikiekranlı televizor “8K” təsvir ölçüsünə malikdir.

85 düyüm diaqonallı əsas displey təsvirin göstərilməsi, onun altında yerləşən 28 düyümlük ikinci ekran isə bildiriş və digər müvafiq informasiyanın göstərilməsi üçündür.

Satışa nə vaxt çıxarılacağı məlum olmayan ikiekranlı televizorun Çində qiyməti 80 min yuan (11 260 dollar) təşkil edəcək.

Qeyd edilib ki, rəngvermə və görüntünün keyfiyyətinə görə bu televizor “iPhone 11” smartfonunu da üstələyib.

www.yenicag.az

224