!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İkili oyunun Ermənistan üçün TƏHLÜKƏSİ: "İrəvan Qərbə meyil etsə də, Kreml onu əldən buraxmamaq üçün..."

!Reklam – Yazi

“İrəvana Rusiyanın və Qərbin nüfuzu və silahı lazımdır”.

Bunu Ermənistanın Rusiya ilə Qərb arasında manevr etməsinin mümkün nəticələrindən danışan siyasi şərhçi Qulamhüseyn Əlibəyli Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, Ermənistanın silahlandırılması regiondakı vəziyyətə yaxşı təsir etməyəcək:

“Ermənistan hazırda Rusiya və Qərbin qovşağında yerləşən ölkə xarakteri daşımaq istəyir. İrəvan Qərbə meyil etsə də, Kreml onu əldən buraxmamaq üçün hər yola əl atmağa hazırdır. Belə vəziyyətdə Ermənistan yaranan vəziyyətdən faydalanmağa çalışır. Yəni İrəvana Rusiyanın və Qərbin nüfuzu və silahı lazımdır. Sonluq isə heç də yaxşı olmayacaq. Ya Rusiyanın, ya da Qərbin qəzəbinə gələcək. Ancaq potensial təhlükə riski daha çox Rusiya tərəfindən mövcuddur. Nəticədə isə Ermənistanın əleyhinə proseslər baş verəcək”.

Nəsimi Ələsgərli

www.yenicag.az

257
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv