Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

“İkinci dalğanın başlamaması üçün karantin tələblərinə əməl etməliyik” – Deputatdan ÇAĞIRIŞ

“İqtisadiyyatdakı bərpa olunan aktivliyin saxlanılması və real sektordakı artımın mərhələli şəkildə yüksəlməsi üçün sosial təcrid tədbirlərinə riayət olunmalıdır”.

Yenicag.az xəbər verir ki, bu fikirləri vətəndaşların karantin rejiminin yumşaldılması fonunda müşahidə olunan hərəkətliliyini şərh edən Milli Məclisin deputatı Vüqar Bayramov deyib.

Vüqar Bayramovun sözlərinə görə, karantin tədbirlərinin yumşaldılması heç də sosial təcrid qaydalarının öz əhəmiyyətini itirməsi anlamına gəlməməlidir:

“Aparılan monitorinqlər göstərir ki, vətəndaşlarımızın bir qismi hətta sosial məsafənin gözlənilməsi tələbinə belə əməl etmir. Bu isə son günlər koronavirusa yoluxanların sayının artmasına səbəb olub.

Pandemiyaya qarşı mübarizə və eyni zamanda, hər bir vətəndaşın sosial təcrid tədbirlərinə əməl etməsi, həm onların sağlamlığı, həm də ölkə iqtisadiyyatındakı yenidən formalaşan aktivliyin qorunub saxlanması baxımından vacibdir.

Çünki yoluxma sayının artması ikinci dalğanın yaranmasına və karantin qaydalarının daha da sərtləşdirilməsinə gətirib çıxara bilər. O baxımdan, hər birimizin sosial təcrid qaydalarına əməl etməsi vacibdir.

Xüsusilə də, sağlamlığımızın qorunması, iqtisadiyyatdakı bərpa olunan aktivliyin saxlanılması, real sektordakı artımın mərhələli şəkildə yüksəlməsi üçün sosial təcrid tədbirlərinə əməl etməyə və bu məsələdə daha güclü həmrəylik nümayiş etdirməyə ehtiyac var”.

Gülşən Şərif

www.yenicag.az

410