!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İkitərəfli münasibətdə yeni YANAŞMA: "Ermənistan anladı ki, nə Rusiya, nə ABŞ, nə də Fransa..." - RƏY

!Reklam – Yazi

“Tərəflər boş yerə iki il itirdilər, indi real mövqeyə gəldilər”.

Bu sözləri komunikasiyalar üzərindən tərəflərin yeni qərarlarını dəyərləndirən politoloq Zərdüşt Əlizadə Yenicag.az-a açıqlamasında deyib.

Zərdüşt Əlizadə bildirib ki, Ermənistan başqalarına bel bağlamağın mənasız olduğunu anladı:

“Azərbaycan Prezidenti İlham Əliyev 44 günlük müharibə bitəndən sonra dedi ki, Laçın və Zəngəzur yolları eyni statusda olmalıdır. Ermənistan bu təklifi qəbul etmədi. Bildirdilər ki, üçtərəfli bəyanatda Zəngəzur dəhliz adlanmır, Laçın yolunun isə müstəsna statusu var. Laçın yolu Ermənistanla Qarabağda yaşayan erməniləri birləşdirir.

Tərəflər danışa-danışa iki il itirdilər. Sonra Laçın yolunda ekofəalların aksiyası başladı, müəyyən həqiqətlər onlar üçün əyan oldu. Anladılar ki, nə Rusiya, nə ABŞ, nə də Fransaya bel bağlamaq olar. Bölgədə Azərbaycan, Azərbaycan ordusu, Ermənistan və Ermənistan ordusu var. Bu orduların da güc nisbəti hər kəsə bəllidir. Bundan sonra real düşünməyə başladılar. Nəhayət, Münxen görüşündə həqiqətləri etiraf edib dedilər ki, Laçın yolunda Azərbaycan nəzarət-gömrük məntəqəsi qoya bilər, biz də Zəngəzur yolunda qoyacağıq. Zəngəzur yolunun heç bir müstəsna statusu olmur, elə Laçın yolunun da.

Ola bilsin ki, tərəflər pasportlarına peçat da vurmayacaqlar. Sadəcə baxacaqlar, özlərində qeydlər aparacaqlar. Avropa İttifaqında ölkədən ölkəyə gedəndə heç bir peçat vurmurlar. Cənubi Qafqazda da belə olmalıdır. Niyə görə Tiflisə gedəndə bir saat Azərbaycan, bir saat da Gürcüstan sərhədçiləri saxlayır? İki saat vaxt itkisidir. Burada da belə ola bilər. Bu tərəflərin xoş niyyətindən, bir-birilərinə etimadından, normal, mədəni ölkələr sırasına daxil olmaq istəyindən asılıdır.

Hesab edirəm ki, son görüşdə səslənən fikirlər düzgündür, müsbətdir. Hər iki tərəfin də xeyrinədir”.

Səxavət Məmməd

www.yenicag.az

380
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv